Nida.az
Azərbaycanın konstruktiv təklifləri ərəb KİV-də
Son vaxtlar Azərbaycan diplomatiyasının qlobal gərginliyin azaldılması istiqamətində irəli sürdüyü konstruktiv təkliflər ərəb mətbuatının diqqət mərkəzindədir.
Publika.az xəbər verir ki, Misirin “Mobtada” qəzeti, Omanın “ONA” agentliyi, “Defense-Arab” portalı Azərbaycan və Türkiyə prezidentlərinin Ukraynada müharibənin dayandırılması istiqamətində göstərdikləri səylər barədə məqalə dərc edib.
Yazıda Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Rusiya-Ukrayna görüşünə ev sahibliyi etməyə hazır olması barədə bəyanatı da yer alıb. Qəzetin materialında diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin köməkçisi rəsmi Bakının əvvəllər ABŞ və Rusiya arasında yüksək səviyyəli şəxslərin görüşünə, həmçinin NATO-Rusiya danışıqlarına ev sahibliyi etdiyini qeyd edib. “Burada da məntiq Azərbaycanın nə NATO, nə də KTMT üzvüdür. Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Bu xüsusda düşünürük ki, tərəflərin hər biri özünü rahat hiss edə bilir”, - deyə o əlavə edib.
Səudiyyə Ərəbistanının “Mübaşir” və Yəmənin “Səba” qəzetlərində isə Azərbaycanın qlobal enerji böhranı ilə bağlı qonşu ölkələrə qaz nəqlini artırmağa hazır olduğunu yazıblar. Yazılarda diqqətə çatdırılıb ki, Antalya Diplomatiya Forumunda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov cari ildə qaz ixracının Türkiyəyə 8,2 milyard kubmetrə, Avropaya isə 9,1 milyard kubmetrə qədər artacağını söyləyib. O əlavə edib ki, Cənub Qaz Dəhlizi yeni istehlak istiqamətləri kimi, tədarük mənbələrinin də şaxələndirilməsini mümkün edir. Azərbaycanın nəhəng qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı dəhlizin genişləndirilməsini aktuallaşdırıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO









.jpg)











.webp)













.jpg)


