Nida.az
"Real" TV-nin 4 yaşı oldu
Bu gün "Real" televiziyasının yaranma günüdür.
Publika.az">Publika.az xəbər verir ki, televiziyanın yaranmasından 4 il ötür.
Real Təhlil və İnformasiya Mərkəzi 2018-ci il martın 15-də fəaliyyətə başlayan telekanalın dörd yaşı tamam olur.
Tanınmış telejurnalist Mirşahin Ağayevin rəhbərliyi ilə xəbər kanalı kimi formalaşan "Real" TV öz tamaşaçı kütləsini operativ və dəqiq xəbərlərlə təmin edir.
Qeyd edək ki, "Real TV" Azərbaycanın 12-ci və ilk ümumrespublika xəbər kanalıdır. "Real TV" əvvəlcə 28 fevral 2018-ci ildən etibarən internet televiziyası ilə fəaliyyətə başlayıb.
Həmin ilin martın 5-də isə o zamankı Milli Televiziya və Radio Şurasının (indiki Audivizual Şura) iclasında “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. Şuranın qərarına əsasən, “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib. Beləcə, Mirşahin Ağayev “Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru seçilib.
Televiziya martın 5-də test yayımına başlayıb. Martın 15-də, saat 08:00-də isə Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə əsas yayıma başlayıb.
Bu gün "Real TV geniş tamaşaçı auditoriyasına malikdir. 2018-ci il martın 15-dən sentyabrın 16-dək Real TV 19 saat ərzində (saat 08:00-dən 02:00-yədək) tamaşaçını ölkə daxilində və dünyada baş verən hadisələrlə bağlı xəbərlərlə təmin edirdi.
Telekanal artıq həmin ilin sentyabrın 17-dən 24 saatlıq yayıma keçib.
23 aprel 2019-ci ildə "Real TV" Milli Televiziya və Radio Şurasının elan etdiyi ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadası ərazisində SD yayım üçün 48-ci, HD yayım üçün 37-ci tezlik resursuna) müsabiqənin qalibi elan edilib.
Digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına malik olan “Real Təhlil İnformasiya Mərkəzi” MMC-ni ümumrespublika televiziya yayım kanalının açılması üçün müddətsiz lisenziya verilib.
10 may 2019-cu ildə Real TV Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) respublika ərazisində fəaliyyət göstərən radio-televiziya yayım stansiyaları vasitəsilə, o cümlədən Bakı şəhəri və Abşeron yarımadası ərazisində 48-ci TV kanalda SD, 37-ci TV kanalda isə HD formatında proqramının DVB-T standartında ümümrespublika yayımına başlayıb.
Hazırda Real TV-ni yalnız Azərbaycanın bütün peyk və kabel şəbəkələrində deyil, həm də adi televizor antennaları vasitəsilə izləmək mümkündür.
28 yanvar 2022-ci ildə "Azerspace-1" peykində HD yayım formatına keçib.
Bu ilin martın 11-də ümumrespublika radio kanalının açılması üçün elan olunan müsabiqənin qalibi “Real Təhlil İnformasiya Mərkəzi” MMC elan olunub. Beləliklə, “Real FM" radiosu 107 FM-də yayımlanacaq.
Publika.az-ın kollektivi "Real" TV-də çalışan həmkarlarını təbrik edir, onlara uğurlar arzulayır!
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO