Nida.az
Bu tədbir başlanğıcdır - Elçin Mirzəbəyli
Azərbaycan-BMT münasibətlərinin 30 illiyi ilə bağlı tədbirin Şuşa şəhərində keçirilməsi əlamətdar hadisədir. Bu mühüm tədbirdə Azərbaycanın yüksək hökumət nümayəndələri ilə yanaşı, BMT təmsilçiləri də yer alacaq. Bunu həm də faktiki olaraq BMT-nin Azərbaycanın ərazi bütövlüyünə verdiyi dəstək kimi qiymətləndirmək olar.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elçin Mirzəbəyli deyib.
Politoloq qeyd edib ki, görüşün Şuşada təşkil olunması BMT kimi dünyanın ən nüfuzlu qurumunun mahiyyət etibarilə regionda Azərbaycanın yaratdığı reallıqları qəbul etdiyini və bu reallıqların ədalət prinsipinə söykənərək keçirildiyini bir daha təsdiq edir: "Verilən mesajlar Azərbaycanla BMT arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyini göstərir. Mühüm şərtlərdən biri də ondan ibarətdir ki, Azərbaycan həm 10 noyabr bəyannaməsinin prinsiplərinə uyğun olaraq, həm də bütövlükdə reallıqları əsas götürərək azərbaycanlı məcburi köçkünlərin istisnasız öz doğma yurdlarına qayıtması prosesində yaxından iştirak edəcək. Qurumun qaçqınlarla iş komissiyası bu prosesdə aktiv yer alacaq. Bu baxımdan da işğaldan azad edilən torpaqlarımızda BMT-nin də görəcəyi və Azərbaycanla birlikdə həyata keçirəcəyi çoxsaylı tədbirlər var və bu tədbir hələ ki, başlanğıcdır".
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


.jpg)























.jpg)

.jpg)