Nida.az
Əliyevin Qarabağ səfəri Türkiyə mediasında
Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Qarabağa növbəti səfərləri, eləcə də Tərtər rayonunun Suqovuşan qəsəbəsində bayram tonqalını alovlandırmaları Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Türkiyənin əyalət mediası da bu səfər barədə geniş məlumatlar yayıb.
Publika.az xəbər verir ki, “Azərbaycan Prezidenti İlham Əliyev Qarabağda Novruz tonqalını alovlandırdı” sərlövhəsi ilə təqdim olunan məlumatda dövlət başçısının Azərbaycan xalqına bayram təbrikindən sitatlar verilib. Prezident İlham Əliyevin çıxışındakı “Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq” ifadəsi manşet materialı kimi təqdim olunub. Məlumatlarda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev ikinci ildir ki, Novruz tonqalını Qarabağda alovlandırır.
Anadolu və İHA agentlikləri başda olmaqla, ölkənin aparıcı media qurumları, o cümlədən “Sabah”, “Yeni akıt” və “Karar” qəzetləri xəbəri orijinal fotolarla təqdim edib. “TRT Haber” telekanalı martın 21-dəki səhər buraxılışında Türkiyə qəzetlərinin xülasəsini təqdim edərkən Prezident İlham Əliyevin Qarabağa növbəti səfərini əks etdirən manşet yazıları ekran boyu nümayiş etdirib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)

























.jpg)

.jpg)