Nida.az
Rusiyanın bu addımı qəbuledilməzdir - Müşfiq Ələsgərli
“Rusiya tərəfindən Azərbaycan kütləvi informasiya vasitələrinə (KİV) blok qoyulması yolverilməzdir. Bu, ilk növbədə söz azadlığı və demokratiya prinsipləri ilə daban-dabana ziddir. Yəni bir ölkənin fikir plüralizminin rədd edilməsi, insanların alternativ mənbələrdən xəbər almaq hüquqlarının məhdudlaşdırılması qəbuledilməzdir”.
Bunu Publika.az-a açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli deyib.
Onun sözlərinə görə, Azərbaycan Rusiya KİV-lərinə qarşı heç vaxt bu cür davranışlar sərgiləməyib: “Hətta Azərbaycanda yayımlanan həmin fikirlər neqativ qarşılansa belə, heç zaman Azərbaycan Rusiya KİV-lərinin bloklanması kimi addımlar atmayıb. Ona görə də biz Rusiyanın müvafiq qurumlarına, eyni zamanda beynəlxalq media ictimaiyyətinə müraciət etdik və bu məsələni kampaniya kimi sona qədər aparacağıq. Çünki burada Rusiya tərəfi haqsız addımlar atır. Biz həmçinin beynəlxalq təşkilatlara müraciət etmişik. Çalışacağıq ki, müraciət etdiyimiz təşkilatlarda da bu hadisələrin pislənməsinə nail olaq”.
M.Ələsgərli vurğulayıb ki, Rusiya tərəfindən fəaliyyətləri bloklanan KİV-lər sıradan saytlar deyil: “Onlar peşəkar KİV qurumlarıdır. İnformasiya yayımını və standartını bilən KİV-lərə qarşı bu cür addımlar atmaq olmaz. Bu baxımdan Rusiya tərəfindən atılmış bu addımı Azərbaycan media ictimaiyyətinə qarşı atılmış addım kimi dəyərləndiririk və həmrəylik göstərməklə sözügedən problemin aradan qaldırılmasına nail olmağa çalışacağıq”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)

























.jpg)

.jpg)