Nida.az
Fərrux kəndinin nəzarətə götürülməsi növbəti zəfərimizdir - Deputat
“Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli ordusu döyüşərək torpaqlarımızı işğaldan azad etdi, sərhədboyu möhkəmləndi. Post-münaqişə dövründə Prezident İlham Əliyevin göstərişi və nəzarəti ilə Silahlı Qüvvələrimiz maddi-texniki bazasını daha da zənginləşdirə bildi. Müharibədən sonra Azərbaycan siyasi və diplomatik danışıqlar zamanı uğurlarını davam etdirdi. Faktiki olaraq region dövlətləri, beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü və zəfərini tanıdılar. Ermənistan tərəfi kapitulyasiya aktını imzaladıqdan sonra götürdükləri öhdəlikləri yerinə yetirməyə, Azərbaycanla sülh danışıqları aparmağa məcbur edildi. Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi bu prosesi yubadır. Burada istənilən halda daha çox ziyan görən və özünü təcrid vəziyyətinə salan Ermənistandır”.
Bunu Publika.az">Publika.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Azərbaycan region dövlətləri ilə əlaqələrini gücləndirir və yeni reallıqlar fonunda region ölkələri ilə münasibətlərimiz daha da inkişaf etdirilib: “Bu münasibətlər daha da inkişaf etməkdədir. Müharibədən sonra Azərbaycan Silahlı Qüvvələrinin Fərrux kəndini nəzarətə götürməsi növbəti zəfərimiz kimi dəyərləndirilməlidir. Fərrux zəfəri bir daha göstərdi ki, Prezident İlham Əliyev nə vaxt, nəyi, necə etmək lazımdır, yaxşı bilir. Məlumdur ki, Birinci Qarabağ müharibəsində Fərrux zirvəsi uğrunda qanlı döyüşlər gedib, xeyli şəhid vermişik. Bu gün Azərbaycan Ordusu bu zirvəni götürməklə və möhkəmlənməklə, Ağdamın təhlükəsizliyini tam təmin etmiş oldu.
Bu ərazi həm Xankəndiyə, həm də Xocalıya yaxındır. Biz əminliklə deyə bilərik ki, qısa zamanda digər kəndlərimiz də, zirvələrimiz də Azərbaycan Ordusunun tam nəzarətinə keçəcək. Biz post-münaqişə dövründə Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi, diplomatik və hərbi fəaliyyəti dəstəkləyirik, alqışlayırıq. Ümid edirik ki, bütün arzularımız və istəklərimiz ən qısa zamanda çin olacaq”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)

























.jpg)

.jpg)