Nida.az
Əgər bu olmasa, 3 ildən sonra Qarabağda... - Markov AÇIQLADI
“Artıq bir ildən çoxdur ki, Azərbaycan Ermənistanın 10 noyabr 2020-ci il tarixli memorandumun iki mühüm müddəasını yerinə yetirməməsindən getdikcə daha çox narazıdır. Birincisi, razılaşmanın 4-cü bəndinə uyğun olaraq, erməni hərbi birləşmələrinin Qarabağdan çıxarılması tamamlanmayıb. İkincisi, nəqliyyat kommunikasiyalarının bərpası üçün heç bir iş görülmür. Naxçıvanı Azərbaycanla birləşdirməli olan Zəngəzur dəhlizi Azərbaycan üçün xüsusilə vacibdir. Həm də Azərbaycanın əsas müttəfiqi olan Türkiyə ilə nəqliyyat dəhlizi yaratmaq. Ermənistan isə bu nəqliyyat dəhlizinin açılması üçün heç nə etmir”.
Publika.az xəbər verir ki, bunu Siyasi Araşdırmalar Mərkəzinin direktoru, Rusiya Dövlət Dumasının sabiq deputatı Sergey Markov qeyd edib.
O bildirib ki, Ermənistan nəinki bu müddət ərzində öz qoşunlarını Qarabağdan çıxarmayıb, hətta bu yaxınlarda ora əlavə qoşun yeridib: “Ermənilər Fərrux kəndi üzərində strateji əhəmiyyətli yüksəklikdə əlavə hərbi istehkamlar tikməyə başladı. Bu yüksəklik hazırda Azərbaycan üçün çox mühüm əhəmiyyət kəsb edir, çünki bu yüksəklikdən Ağdam şəhəri üzərində nəzarət var. Azərbaycan Ağdamın bərpası üçün böyük investisiyalar, o cümlədən beynəlxalq investisiya layihələri planlaşdırır. Aydın məsələdir ki, düşmən dövlətin silahı Ağdam şəhərinə yönəlibsə, investisiyalar çox riskli olur. Azərbaycan isə rus sülhməramlıları vasitəsilə strateji yüksəklikdə yeni hərbi istehkamlar tikməməyi və memorandumda göstərildiyi kimi qoşunları çıxarmağı tələb etdi. Hətta səsgücləndiricilər vasitəsilə Azərbaycan tərəfi yüksəklikdə istehkamlar tikməməyə çağırış etdi. Amma Azərbaycanın heç bir tələbi yerinə yetirilmədi və bundan sonra öz qoşunlarını bu əraziyə göndərdi”.
Sergey Markov qeyd edib ki, strateji yüksəkliyə nəzarət Azərbaycanın əlindədir: “Hazırda intensiv danışıqlar gedir. Rusiya növbəti münaqişənin olmasını istəmir. Amma memorandumun icrasını tələb edən Azərbaycan da geri çəkilmək istəmir. Ermənistan Qarabağı həmişəlik əlində saxlamaq istədiyini gizlətmir və bunun üçün Rusiya sülhməramlılarından maksimum yararlanmaq istəyir. Və bu məqsədlə də Azərbaycanla Rusiya sülhməramlıları arasında gərginlik yaratmağa çalışırlar.
Proqnozum ondan ibarətdir ki, Azərbaycan öz qoşunlarını qismən çıxaracaq, amma strateji yüksəkliyi öz əlində saxlayacaq. Və getdikcə daha sərt tələb edəcək ki, bütün erməni hərbçiləri Qarabağı tərk etsinlər. Eyni zamanda nəqliyyat dəhlizlərinin işə düşməsi üçün də tələb olacaq. Əgər Ermənistan bunu etməsə, o zaman 3 ildən sonra sülhməramlılarla bağlı müqavilə sadəcə olaraq yenilənməyəcək. Və rus sülhməramlıları gedəndən sonra Azərbaycan Qarabağa hərbi yolla tam nəzarəti bərpa edəcək”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





