Nida.az
Deputat: “Onların ruhlarının dinclik tapması vacibdir”
Martın 27-də Azərbaycan Ordusu Fərrux kəndini və Fərrux-Daşbaşı yüksəkliyini düşməndən azad etdi. Bundan cəmi 2 gün sonra ərazidə möhkəmləndirmə işləri aparılarkən kütləvi məzarlıq aşkarlandı.
Ekspertlər düşünür ki, kütləvi məzarlıqdakı insan sümükləri Xocalı soyqırımı zamanı adıçəkilən ərazidən Fərrux istiqamətində gələn insanlara və ya 1992-1993-cü illərdə Fərrux uğrunda döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun əsgərlərinə aid ola bilər.
Xocalı soyqırımının şahidi, Milli Məclisin deputatı Elman Məmmədov Publika.az-a açıqlamasında söyləyib ki, o və onunla birlikdə Xocalıdan çıxanlar Ağdama Fərrux kəndi istiqamətində getməyiblər:
“Buna baxmayaraq, Xocalı soyqırımı zamanı əsir götürülən insanlardan 150 nəfərinin taleyi bu günə kimi məlum deyil. Onların heç cəsədlərini də ermənilər bizə verməyiblər. Xocalı soyqırımı zamanı öldürülənlərin bir çoxunun cəsədlərini biz meşələrdən tapıb gətirib dəfn edə bilmədik. Çox güman ki, həmin sümüklərin sahibləri də Xocalı soyqırımı qurbanlarına aiddir. Doğrudur, hər şey ola bilər. Araşdırmalar onu müəyyən edəcək. Bu, işğaldan azad edilən ərazilərimizdəki növbəti məzarlıqdır. Həmin və digər istiqamətlərdə ərazilərimiz işğaldan azad olunduqca ermənilərin bir çox vəhşiliklərinin şahidi olacağıq”.
Elman Məmmədov bildirib ki, dünya ictimai birliyi ermənilərin bu kimi vəhşilikləri ilə tanış olmalıdır: “Ona görə ki, ermənilər insanlığa qarşı cinayət törədiblər. Bu, təkcə Azərbaycan xalqına qarşı törədilmiş cinayət deyil, bəşəri cinayətdir. İnsanlığa qarşı həyata keçirilmiş vandalizm aktıdır. Aşkar edilən kütləvi məzarlıqlardan bəziləri olduğu kimi saxlanılmalıdır. Görürsünüz, Quba Soyqırımı Memorial Kompleksi yaradılıb. Orada aşkar edilən məzarlıq olduğu kimi saxlanılır. Amma bəzi yerlərdə aşkar olunanlar müsəlman adət-ənənəsinə görə dəfn olunmalıdır. Bəlkə həmin sümükləri tapılan mərhumlarımızın da ruhları şad olar. Onların ruhlarının dinclik tapması vacibdir”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






