Nida.az
Bu, diplomatik uğurdur - Bayramov
"Almatı şəhərində keçirilən MDB PA-nın 30 illiyinə həsr olunmuş iclasda Azərbaycan və Ermənistan parlament sədrlərinin çıxışlarını əksəriyyətimiz yəqin ki, izlədi. Azərbaycan Respublikası Milli Məclisinin xanım sədri gərgin keçən müzakirələrdə bir neçə dəfə söz alıb ölkəmizin mövqeyini əsaslandırılmış şəkildə təqdim etdi və hətta Ermənistan tərəfi bizim 5 bəndlik sülh təkliflərimizin onlar üçün də qəbuledilən olduğunu bəyan etdi. Bu, əslində diplomatik uğur idi".
Publika.az">Publika.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkili bildirib ki, bu, Ermənistanın regionda yaranan yeni reallığı qəbul etməsi anlamına da gəlir:
"Eyni zamanda Milli Məclisin sədri qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin Azərbaycan Ordusunun bölmələrinə qarşı törətdiyi təxribatlar barədə də məlumat verdi və ölkəmizin haqq işini geniş auditoriyaya bir daha çatdırdı. Təəssüf ki, bəziləri gərgin müzakirlərədə bir neçə dəfə söz alıb erməni tərəfini susduran Milli Məclisin sədrinə dəstək vermək əvəzinə, bir texniki səhvə ünvanlanıb çıxışların əhəmiyyətini azaltmağa çalışdılar. Milli Məclis sədrinin çıxışında dəfələrlə Azərbaycan Respublikası sözündən istifadə edilib, sonda Cinayət Məcəlləsində bir SSR sözü tələffüzdə texniki olaraq səhvən yer alıb və təəssüf ki, bəziləri bunu bilərəkdən qabartmağa çalışırlar. Təbii ki, bütün bunlar həmin iclasda aparılan gərgin müzakirələrdə Azərbaycanın beynəlxalq hüquqa əsaslanmış mövqeyinin təqdimatı və Ermənistan tərəfinin ölkəmizin şərtləri ilə razılaşdığını etiraf etməsi kimi diplomatiyada əhəmiyyətli hesab edilən uğurlara kölgə sala bilməz. Qarabağda əldə etdiyimiz zəfərlərin diplomatik sahədə dəstəklənməsi çox vacibdir. Belə iclaslardakı əsaslandırılmış mövqelərimiz isə zəfərimizi daha da möhkəmləndirir".
-
Art05:15Şuşadan oğurlanan abidələr belə qaytarılıbmış - Sensasion əməliyyat
-
MDB02:19Məşhur iş adamı su anbarında boğulub öldü
-
Qoroskop01:40Günün qoroskopu: Həqiqətlər üzə çıxacaq
-
Nida Xəbər 00:55Bu gün Amnistiya aktının icrasına başlanacaq
-
Hadisə21 Dekabr 23:35Bakıda məşhur hospitalda YANĞIN baş verdi
-
Hadisə21 Dekabr 21:25Müharibədə daha bir azərbaycanlı itkin düşdü
-
Qoroskop21 Dekabr 20:282026-cı ilin ən şanslı BÜRCÜ - Onlar üçün nağıl kimi həyat başlayır
-
Ekologiya21 Dekabr 19:12Azərbaycana qış fəsli daxil oldu
















.jpg)








