Nida.az
Ermənistan bunu edərsə, Azərbaycan... - Politoloq açıqladı
“Ermənistan baş naziri Paşinyan da xarici işlər naziri Ararat Mirzoyan kimi oxşar açıqlamalar verib və bildiriblər ki, Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdırlar. Ermənistan tərəfindən səsləndirilən bu fikirlər ola bilsin ki, Brüssel görüşü öncəsi müsbət auranın yaradılmasına xidmət edir. Lakin mahiyyət etibarilə Ermənistan Azərbaycanın təkliflərini qəbul edirəm dedikdə prosesin digər istiqamətində mütəmadi olaraq iddialar ortaya qoymağa çalışır. Təbii ki, bu da Azərbaycan tərəfindən qəbul edilən deyil”.
Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, Ermənistan yenidən hər hansı bir formada status məsələsini gündəmə gətiməyə cəhd göstərir ki, bu da faktiki olaraq Azərbaycan üçün qəbuledilməzdir: “Münaqişə başa çatıb və Azərbaycan işğala son qoyub. Hazırda rus sülhməramlıların müvvəqqəti yerləşdiyi ərazilər də de-fakto Azərbaycan torpaqlarıdır və bu reallığın dəyişdirilməsi mümkün deyil. Bu aspektdən də Paşinyan və Mirzoyanın səsləndirdiyi fikirlərin altında birmənalı niyyətin dayandığını düşünmürəm. Təbii ki, bu mesajlar müsbət qəbul edilə bilər. Ona görə ki, Azərbaycan tərəfinin səsləndirdiyi fikirlər beynəlxalq hüququn prinsilərindən və BMT nizamnaməsindən qaynaqlanır. Burada yeni bir şey icad olunmayıb. Dünyada dövlətlərarası münasibətlərdə mövcud olan bir yanaşma ortaya qoyulub”.
E.Mirzəbəyli vurğulayıb ki, bütün bunlara baxmayaraq Ermənistan bu yanaşmadan kənar kontekstdə bir fikir səsləndirməyə çalışır: “Lakin unudur ki, biz qarşılıqlı olaraq ərazi bütölüyünün tanınması, sərhədlərin toxunulmazlığı, suverenliyə hörmət kimi prinspləri səsləndirəndə mahiyyəti etibarilə prosesin tam şəkildə başa çatdığını ifadə edirik. Bu o deməkdir ki, Ermənistanın digər iddialarına sülh danışıqlarında yer yoxdur. Ermənistan bir tərəfdən Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə söykənən təkliflərini qəbul etdiyini bildirir, digər tərəfdən isə bu prinsiplərin özünə zidd mülahizələr irəli sürür. Şübhəsiz ki, bu cür mülahizələr irəli sürülərsə, Azərbaycan adekvat addımlar atmaq məcburiyyətində qalacaq”.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi







.jpg)































