Nida.az
Erməni mifi darmadağın edildi və... - Deputat
“Aprel döyüşləri zəfərimizin başlanğıcı oldu və bizə qələbə müjdəsi verdi. Azərbaycan Ordusu uzun illərdən sonra öz gücünü düşmənə göstərdi. Bu döyüşlərdən sonra xalqımızın qələbəyə inamı daha da gücləndi”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib.
Deputat qeyd edib ki, Aprel döyüşlərində ilk dəfə göründü ki, erməni ordusu haqqında deyilənlər yalandan başqa bir şey deyil: “Azərbaycan ordusu tərəfindən onların mifləri darmadağın edildi. Ermənilərin guya keçilməz sədləri və məğlubedilməz qoşunları silahlı qüvvələrimiz tərəfindən dağıdılıb məhv edildi. Aprel döyüşləri gələcəkdə əldə olunacaq qələbənin xəbərçisi oldu”.
E.Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev ermənilərə və onların havadarlarına xəbərdarlıq etmişdi ki, sülh yolu ilə torpaqlarımızdan çıxsınlar: “Ancaq onlar buna razı olmadı və Azərbaycan Ordusunun gücünü gördülər. Apreldə baş verən döyüşlərdə erməni qüvvələri məhv edildi və biz bir daha göstərdik ki, onları darmadağın etmə gücünə qadirik. Müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri bir neçə yüksəklikləri işğaldan azad etdi. 1994-cü ildə Cocuqmərcanlı kəndi erməni birləşmələrindən təmizlənmişdi, sadəcə o zamanlar Lələtəpə yüksəkliyi düşməndə olduğu üçün oranı atəş altında saxlayırdı. Aprel qələbəsindən sonra isə ordumuz həmin yüksəkliyi ermənilərdən təmizlədi. Bununla da biz böyük bir ərazini nəzarət altında saxlamaq imkanı əldə etdik. Ordumuz Talış kəndi ətrafında da bəzi yüksəklikləri azad etmişdi. Hansı ki, bu yüksəkliklərdən ermənilər Goranboyu və Tərtəri atəşə tuturdular".
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
































.jpg)
.jpg)

