Nida.az
Bu, Şuşadan dünyaya ismarışdır - Osmanov
“Şuşa İli” çərçivəsində Azərbaycanın qədim mədəniyyət paytaxtında çox böyük tədbirlərin keçirilməsi nəzərdə tutulur. Şuşada Milli Məclisin iki komitəsinin iclasının keçirilməsi növbəti mühüm bir hadisədir. Qanunverici orqanın komitə iclaslarının Şuşada keçirilməsi və “Şuşa İli” çərçivəsində bu tədbirlərin burada gerçəkləşməsi qürurverici məqamdır. Bununla yanaşı, Şuşada bu il başqa mötəbər tədbirlər də gerçəkləşəcək. Milli Məclisin komitə iclaslarının Şuşamızda baş tutması isə növbəti mühüm hadisələrdən biridir. Eyni zamanda bu, bizim bütün dünyaya ismarışımızdır. Yəni bu torpaqlar Azərbaycanın əzəli və tarixi əraziləridir. Bundan sonra da Azərbaycanın əzəli torpaqları olaraq qalacaq.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan tarixi və parlaq zəfər qazandı:
“Torpaqlarımız işğaldan azad olundu. 8 noyabr 2020-ci il tarixində Ali Baş Komandan, Prezident Azərbaycan xalqına Şuşanın işğaldan azad olunması ilə bağlı müjdəsini verdi. Eyni zamanda həmin gün Ulu öndərin abidəsini ziyarət etdi. Bununla da Ulu öndərin vəsiyyətinin yerinə yetirilməsi qeyd olundu. Cənab Prezident Birinci Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edərək ata vəsiyyətini etmiş oldu. Əlbəttə, bu, tarixi hadisə idi. Şuşa Azərbaycanın incisidir. Heç şübhəsiz ki, Şuşa azad edildikdən sonra düşmənin beli, onurğa sütunu tamamilə sındı. Ertəsi gün isə 70-ə yaxın yaşayış məntəqəsi düşməndən tamamilə təmizləndi”.
Cavad Osmanov xatırladıb ki, bundan sonra düşmən diz çökərək kapitulyasiya aktına imza atdı:
“Şuşa Azərbaycanın mədəniyyət paytaxtı olması ilə yanaşı, çox vacib, strateji bir yerdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi bitəndən dərhal sonra işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Şuşa şəhərində çox böyük, nəhəng yenidənqurma işlərinə başlanıldı. Bildiyimiz kimi, erməni vandalları bu əraziləri tamamilə darmadağın edib. Daşı daş üstündə qoymamışdılar. Tarixi, dini və mədəni abidələri, evləri, mənzilləri tamamilə dağıtmışdılar. Eyni zamanda Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa Dövlət Qoruğu yaradıldı. 2022-ci il “Şuşa İli” elan olundu. Şuşanın Baş planı təsdiqləndi və işğaldan azad olunmuş digər ərazilərimizdə olduğu kimi, orada da çox böyük təmir-bərpa, yenidənqurma işləri görülür. Eyni zamanda Şuşa 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edildi. Əlbəttə, bütün bunlar tarixi hadisələrdir”.
-
Sosial03:43Sənəd dəyişdirildi, evlər satıldı - VİDEO
-
Region01:41SEPAH komandanından körfəz ölkələrinə XƏBƏRDARLIQ
-
Magazin100:15Rəqsanənin qızıları arasında nə baş verir?
-
Qoroskop00:00Günün ULDUZ FALI - Artıq nəyi istədiyinizi bilirsiniz
-
Elm və təhsil21 Aprel 23:48Ölkə ikincisi Aylin uğurun SİRRİNİ AÇIQLADI
-
MDB21 Aprel 23:24Sovet İttifaqı Qəhrəmanı vəfat etdi
-
Elm və təhsil21 Aprel 22:24Azərbaycan məktəblərində "Son Zəng" bu tarixdə çalınacaq
-
Magazin121 Aprel 21:12Vüsalənin "BREND" SEÇİMLƏRİ - Bir gecəlik görünüşün qiyməti neçəyədir?











.jpg)















.jpg)
.jpg)









