Nida.az
2018-ci il 11 aprel seçkiləri - daha böyük uğurların başlanğıcı
“Azərbaycan Respublikası dünyanın ən dinamik inkişaf edən ölkələrindəndir. Nəzərə almaq lazımdır ki, müasir dünya müxtəlif tipli və gərginlik səviyyəsinə malik olan münaqişələrlə zəngindir. Dünya ölkələrinin böyük əksəriyyəti təhlükəsizlik məsələlərini həll etməkdə çətinlik çəkirlər, bir çox hallarda isə ümumiyyətlə həll edə bilmirlər. Azərbaycana yaxın regionlarda olduqca mürəkkəb, əksər hallarda isə hərbi münaqişələrlə müşayiət olunan proseslər cərəyan etməkdədir. Ayrıca olaraq, Cənubi Qafqaz regionunda müxtəlif ölkələrin kəskin toqquşan maraqlarının olmasını da nəzərə almaq vacibdir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşiroğlu deyib.
src="/storage/files/upload/7bdcb8fd969fc63aa053028483786238e68260e8.jpg" style="width: 387px; height: 365.07px;" class="fr-fic fr-dib fr-fil">
Deputat bildirib ki, bütün bunların fonunda Azərbaycan həm təhlükəsizliyinin etibarlı təmin olunması, həm də hərtərəfli inkişafı baxımından fərqlənir: “Ölkəyə 260 milyard dollardan artıq sərmayənin yatırılması əlverişli biznes mühitinin olmasının bariz göstəricisidir. Dövlətin sosial-iqtisadi siyasəti vətəndaş məmnunluğunun təmin edilməsi baxımından real uğurlarla müşayiət olunur. Bu gün cəsarətlə demək olar ki, Azərbaycan artıq özünün sosial dövlət modelini təqdim etməkdədir. Xüsusi qeyd etmək lazımdır ki, hazırkı mərhələdə dünyanın hətta aparıcı dövlətləri belə sosial dövlət ideyasından imtina edirlər. Azərbaycan isə əksinə, özünün sosial dövlət xarakterini gücləndiririr. Vətəndaşların, xüsusilə də həssas təbəqənin dövlət qayğısı ilə əhatə olunması üçün müxtəlif proqramlar və layihələr həyata keçirilir. Bu, artıq dövlət siyasətinin ayrılmaz bir komponentinə çevrilib. Bütün bunlar hər şeydən öncə Azərbaycan xalqının həmişə düzgün seçim etdiyinə dəlalət edir. Azərbaycan xalqının istəyilə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev ölkəni xilas etməklə yanaşı, həm də dönməz inkişaf yoluna qoymağı bacardı. Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyev isə onun müəyyənləşdirdiyi inkişaf strategiyasını yeni dövrün tələblərinə uyğun elementlərlə zənginləşdirərək uğurla davam etdirir. Bu strategiya bütövlükdə Azərbaycanın hərtərəfli inkişafına, etibarlı təhlükəsizlik sisteminin qurulmasına, Azərbaycan xalqının yüksək sosial-iqtisadi rifahının təmin edilməsinə və ən əsası isə ölkənin ərazi bütövlüyünün təmin edilməsinə hesablanıb”.
E.Mirbəşiroğlu vurğulayıb ki, bunu aydın dərk edən və görən Azərbaycan xalqı 2018-ci il 11 aprel tarixində keçirilmiş prezident seçkilərində yenidən böyük səs çoxluğu ilə İlham Əliyevə etimad göstərib: “Səsvermə hüququna malik olan vətəndaşların 74 faizdən çoxunun səsvermədə iştirak etməsinin özü də cənab İlham Əliyevə ümumxalq dəstəyinin bariz göstəricisi idi. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Respublikası 2018-ci ilə qədər olduğu kimi, ondan sonra da böyük tarixi uğurlara imza atdı. Elə prezident seçkisi ili 2016-cı il Aprel döyüşlərindəki hərbi uğurlarımız, Azərbaycan Ordusunun daha da gücləndirilməsi, müdafiə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində ölkə Prezidenti İlham Əliyev tərəfindən təsirli addımlar davam etdirilib. Ordunun ən müasir silah-sursat və texnika ilə təchizi daha da sürətləndirilib. Müdafiə sənayesi sahəsindəki inkişafda xüsusi dinamiklik müşahidə olunur. Təsadüfi deyil ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusundan biri kimi səciyyələndirilir. 2019-cu ildə Bakı Qoşulmama Hərəkatının və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (indi: Türk Dövlətləri Təşkilatı) zirvə toplantılarına ev sahibliyi etdi və hər iki təşkilatda sədrlik Azərbaycana keçdi. Azərbaycanın sədrliyi dövründə hər iki təşkilatın fəaliyyətində ciddi dinamiklik və keyfiyyət dəyişikliyi müşahidə olundu. Təsadüfi deyil ki, Qoşulmama Hərəkatına üzv ölkələr təşkilata daha bir il sədrlik etmək üçün Azərbaycana müraciət etdilər. Ötən il noyabr ayının 12-də İstanbulda Türk Dövlətləri Təşkilatının tarixi iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dünyasının Ali Ordeni ilə təltif edildi. Bütün bunlar Azərbaycan Prezidentinin dünya səviyyəsində nüfuzuna, ona olan yüksək etimada və etibara dəlalət edir. 2020-ci ildəki uğurlarımız isə əsrlərə bərəbar tutula bilər. İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu milli tariximizin qızıl səhifəsini yaratdı. 44 günlük Vətən müharibəsində inamlı qələbə qazanılaraq torpaqlarımız işğaldan azad edildi. Mövcud şərtlər daxilində və şəraitdə bu, mümkünsüz görünürdü. Lakin ölkə Prezidenti İlham Əliyevin iradəsi, strateji düşünmə qabiliyyəti və ölkənin onun rəhbərliyi altında formalaşmış iqtisadi, hərbi və siyasi potensialı sayəsində təcavüzkar Ermənistanın işğalçılıq siyasətinin nəticələri aradan qaldırıldı. Tarixi hərbi qələbəmiz sonrakı uğurlarımız üçün istinad nöqtəsi rolunu oynamaqdadır. Prezident İlham Əliyev hər zaman ölkəni və xalqı daha böyük uğurlara aparmaq əzminə, iradəsinə malik olduğunu nümayiş etdirir”.
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...