Nida.az
Bu, pakistanlı generalların xoşuna gəlməyib - Politoloq
“Pakistanda illər uzunu baş nazirlər və hökumətlər korrupsiya ittihamları ilə üzləşiblər. Baş nazirlər sonrakı illərdə korrupsiya ittihamları ilə ya həbs olunublar, ya da Pakistanı tərk edərək əsasən Londonda siyasi sığınacaq tapıblar. Bu dəfə isə durum fərqli idi. Pakistanın baş naziri İmran Xan xarici və təhlükəsizlik siyasətinə görə hədəf götürülüb. İmran Xanın Çinlə yanaşı, Rusiya ilə yaxınlaşması müxalifətin və indi bəlli olur ki, pakistanlı generalların xoşuna gəlməyib. Pakistan İmran Xandan əvvəl də Çinlə sıx əlaqələr qurub. Bu siyasi ittifaq Hindistan əleyhinədir. Çinin Pakistana böyük yatırımları da mövcuddur”.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Pakistanın xarici siyasətində Rusiya amili yenidir:
“Görünür, bunda da Çin amili rol oynayıb. Rusiya ilə strateji tərəfdaş olan Pekin İslamabada da eyni “siyasəti” təklif edib. Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı işğalçı müharibədən bir neçə gün əvvəl İmran Xanı Moskvada qəbul edib. Bu, Pakistan müxalifətiylə yanaşı, ABŞ-ın da xoşuna gəlməyib. İmran Xan əmindir ki, onun parlamentdə devrilməsində Vaşinqtonun rolu olub. İmran Xan müxalifət nümayəndələrini ABŞ səfirliyində müzakirələrdə iştirakda ittiham edib. Vaşinqtonun son illərdə Hindistanla qurduğu sıx siyasi və hərbi əlaqələr Pakistanın hərbi dairələrində narahatlıq doğurub. Pakistan generalları hesab edə bilərdilər ki, İmran Xanın Çin və Rusiya ilə yaxınlığı ABŞ-Hindistan ittifaqını daha da gücləndirir və ona görə onların da baş nazirlə yolları ayrılıb”.
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
-
İnanc29 Avqust 21:12Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi























.webp)
.png)









.jpg)
.jpg)