Nida.az
Bu, yeni müharibə ilə nəticələnə bilər - Şərh
“Ağlı başında olan hər kəsə və həmçinin ermənilərə də aydındır ki, Qarabağın dağlıq ərazisi də, düzən ərazisi də Azərbaycan torpaqlarıdır. Bu gün rus sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi bütün torpaqlar da Azərbaycan ərazisidir. Həmin torpaqlarla bağlı hansısa illüziyalara qərq olmaq özünü və ətrafındakıları aldatmaqdan başqa bir şey deyil”.
Bunu Publika.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, dünən Ermənistan müxalifəti haray-həşir salıb: “Bu gün də Nikol Paşinyan rus sülhməramlıları ilə bağlı narazılığını ifadə edib. Bunlar deyəsən başa düşmürlər ki, rus sülhməramlıları Laçın dəhlizində Azərbaycan Respublikası əraziləri daxilindədirlər. Bəli, sülhməramlılar Ermənistanla Qarabağın dağlıq hissəsində arasında olan erməni mülki əhalisinin kommunikasiyasında mühüm rol oynayırlar. Lakin burada söhbət erməni mülki əhalidən, Qarabağın dağlıq hissəsində yaşayan yerli ermənilərdən gedir. Hər hansı siyasətbazların və terrorçuların bölgəyə daxil olmasına imkan vermək olmaz. Müəyyən zaman kəsiyində biz gördük ki, erməni və fransız siyasətçilər, erməni terrorçular bölgəyə Laçın dəhlizi vasitəsilə daxil olurdu.
Dünənki hadisə isə göstərdi ki, son vaxtlar Azərbaycan Ordusunun apardığı siyasət və bir neçə həftə ərzində müxtəlif istiqamətlərdə irəliləməsi, erməni hərbi birləşmələrini sözügedən ərazilərdən çıxarması sülməramlıların dünən Laçın dəhlizindən erməni deputatların irəliləməsinə yol verməmələri ilə nəticələnib. Ermənistanda bu gün “artsax” uğrunda bir hərəkat başlanıb və ayrı-ayrı şəhərlərdə qondarma separatçı qurumun bayraqlarını asırlar. Görünür, başa düşmürlər ki, onların bu əməlləri yeni müharibə ilə nəticələnə bilər”.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi










.jpg)

























.jpg)


