Nida.az
Ermənistan öhdəliklərindən boyun qaçırarsa, Azərbaycan... - Politoloq
“Ermənistan dövləti artıq regional proseslərə təsir imkanlarını tamamilə itirib. Azərbaycan isə postmüharibə dövründə də öz şərtlərini diktə etdirir”.
Bunu Publika.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.
src="/storage/files/upload/0b947363d4557e549552e267cc258187d21e04d8.jpg" style="width: 378px; height: 252px;" class="fr-fic fr-dib fr-fil">
Onun sözlərinə görə, rəsmi İrəvan 10 noyabr bəyanatının maddələrini icra etməkdən boyun qaçırmağa çalışsa da, son nəticədə başqa çıxış yollarının olmadığını dərk edəcəklər: “Üçtərəfli bəyanatın 9-cu maddəsində aydın şəkildə təsbit olunub ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək və Ermənistan dövləti bu nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Aradan il yarım vaxt keçməsinə baxmayaraq, Ermənistan rəhbərliyi hələ də öhdəliyini yerinə yetirməyib. Bu, Ermənistanın 10 noyabr bəyanatını bilərəkdən pozmasıdır”.
C.Əhmədli vurğulayıb ki, bu vəziyyət çox davam edə bilməz: “Bizim də səbrimizin tükəndiyi bir məqam olacaq. Ermənistan başa düşməlidir ki, əgər o öhdəliklərini icra etməkdən boyun qaçırırsa, Azərbaycan da anoloji addımı ata bilər. Qarşı tərəf məsuliyyətdən yayınırsa, onda biz niyə öhdəliklərimizi tam yerinə yetirməliyik?! Rəsmi İrəvan bu reallığı başa düşməli və əsassız yerə vaxt uzatmaqdan çəkinməlidir”.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





