Nida.az
Bütün bunlar iqtisadiyyatda sıçrayışlı artıma nail olunmasına yol açdı - RƏY
“Fevral ayında başlamış Rusiya-Ukrayna müharibəsi ölkələrarası iqtisadi əlaqələrin inkişafına da öz mənfi təsirini göstərib. Azərbaycan da dünyanın bir parçasıdır və dünyada baş verən iqtisadi, siyasi proseslər ölkəmizin iqtisadiyyatına da müəyyən qədər təzyiq yaradır. Buna baxmayaraq, dövlət başçımızın rəhbərliyi altında aparılan uzaqgörən siyasi-iqtisadi kurs Azərbaycanı xarici təsirlərdən yan keçirir və ölkədaxili iqtisadi artım templerinin qorunub-saxlanmasına imkan yaradır”.
Bu fikirləriPublika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, ölkə iqtisadiyyatına pandemiyanın da kifayət qədər mənfi təsirləri olub: “Lakin vaxtında qəbul edilmiş qərarlar, həyata keçirilən islahatların dərinləşməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində vaxtında atılmış və gələcəyə hesablanmış addımlar cari ilin birinci rübünü yüksək göstəricilərlə başa vurmağımıza imkan yaradıb. Makroiqtisadi göstəricilərə diqqət yetirəndə görürük ki, birinci rübdə ÜDM 6.8%, qeyri-neft itisadiyyatı 10%, sənaye istehsalı 4% olub. Qeyri-neft sənayesi isə 18% artıb. O cümlədən, xarici ticarət dövriyyəmiz 60%, qeyri-neft məhsullarının ixracı 45% artıb, xarici ticarət balansımız müsbət 5,1 milyard dollar olub. Həm də xarici dövlət borcumuz da 600 milyon dollar, ÜDM-in 12,5% qədər aşağı salınıb”.
O qeyd edib ki, aparılan düzgün iqtisadi siyasətin göstəricisidir ki, büdcə gəlirləri 99% icra olunmasına baxmayaraq, Neft Fondundan olunmalı transfertlərin həcmi proqnozda nəzərdə tutulduğundan 423 milyon az olub: “Həm birinci rübü iqtisadiyyatımızın artımıyla yekunlaşdıra bilməyimiz, həm də xarici dövlət borcumuzu azlatmağımız cənab Prezidentin ölkə iqtisadiyyatının inkişafı və şəffaflaşması istiqamətində verdiyi tapşırıqların, imzaladığı fərman və sərancamların sayəsində mümkün olub. 2018-ci ildə xalqın səs çoxluğu ilə yenidən dövlət başçısı seçilən cənab İlham Əliyev andiçmə mərasimində ölkəmizdə islahatların daha da dərinləşəcəyi ilə bağlı anonsunu vermişdi”.
Cənab Prezidentin tapşırığı ilə islahatlaraın aparılmasına vaxtında başalmağımız pandemiyaya qarşı uğurla mübarizə aparmağımıza, müharibəni 44 gündə qələbə ilə başa çatdırmağımıza və postpandemiya dövründə demək olar ki, indiki dövrdə iqtisadiyyatda sıçrayışlı artıma nail olunmasına yol açdı. Təbii ki, qeyri-neft sektorunun inkişafına dövlət dəstəyinin artırılması, iqtisadiyyatda korrupsiyaya qarşı tədbirlərin geniləşləndirilməsi və iqtisadiyyatın şəffaflaşdırılması sayəsində birinci rübdə Dövlət Vergi Xidməti xətti ilə 539 milyon və yaxud 23,8%, Dövlət Gömrük Komitəsi vasitəsilə 236 milyon və yaxud 23,7% proqnozdan əlavə vəsait dövlət büdcəsinə mədaxil edilib”, - deyə A.Badamov vurğulayıb.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı






.jpg)








.jpg)














.jpg)



.jpg)

