Nida.az
Azərbaycan yeni reallıqlar yaradıb - Deputat
“Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə dünya azərbaycanlılarının toplantıları və qurultayları keçirilirdi və bununla əlaqədar məhz o dövrdən əsası qoyulmuş bir ənənə var. Daha sonra cənab Prezident İlham Əliyev də bu ənənəni yüksək səviyyədə davam etdirdi. Dünyanın hər yerində yaşayan azərbaycanlılar bir məqsədə, bir hədəfə xidmət etmək və Azərbaycanın gücünə güc qatmaq üçün səfərbər olundular”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputatın sözlərinə görə, İlham Əliyev prezident seçildiyi zaman bildirdi ki, mən bütün dünya azərbaycanlılarının prezidentiyəm: “Cənab Prezident fəaliyyəti zamanı da hər zaman sübut etdi ki, həqiqətən də dünyanın hər bir yerində Azərbaycan adına çalışan, dövlətimizə xidmət edən və özünü azərbaycanlı hesab edən hər kəsə yaxındır və onların hüquqlarının qorunması üçün dövlətin gücünü, potensialını səfərbər edir. Biz bunun dəfələrlə şahidi olduq və şükürlər olsun ki, 44 günlük Vətən müharibəsində Azərbaycan bu müharibənin qalib oldu, torpaqlarımızı işğaldan azad etdik və bütün sərhərlərimiz boyu Azərbaycan Silahlı Qüvvələri yerləşdi, möhkəmləndi. Bu gün Azərbaycan regionun ən güclü dövlətlərindəndir və ölkəmiz yeni reallıqlar yarada bilib.
Bu dəfə təşkil olunan Dünya Azərbaycanlılarının V Qurultayı əvvəlkilərdən çox fərqlənir. Çünki biz qalib ölkənin vətəndaşlarıyıq. Həm 44 günlük Vətən müharibəsi zamanı, həm də ondan öncəki bir çox proseslərdə dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan diasporunun nümayəndələri öz cəbhələrində savaşdılar, Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdılar və cənab Prezidentin siyasətini dəstəklədilər”.
N.Həmzəyev vurğulayıb ki, biz zəfərimizin ədalətli və ləyaqətli olduğunu dünyaya göstəririk: “Dünya ictimaiyyəti də bunu qəbul edir. Biz bu gündən sonra daha güclü Azərbaycanın qurulması, formalaşması üçün səfərbər olmalıyıq. Düşünürəm ki, cənab Prezident bu qurultayda diaspor nümayəndələri qarşısında fərqli məqsədlər və missiya qoyacaq. Növbəti onilliklərdə bu strategiya əsasında öz fəaliyyətimizi quracağıq. Mən qurultaya öz işində uğurlar arzulayıram. Çox sevindirici haldır ki, dünya azərbaycanlıları artıq işğaldan azad olunmuş Azərbaycanın, Türk dünyasının mədəniyyətinin paytaxtı olan Şuşada toplaşacaq və öz gözləri ilə həsrətlərində olduqları torpaqları görəcəklər”.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






