Nida.az
Fransanın ikili soyqırımı yanaşması...
“Təəssüflər olsun ki, əsl cinayətkarlar və əli qana batmışlar öz cəzalarını almırlar. Bunlardan biri də Robert Köçəryan və Serj Sarqsyandır. Onlar Xocalı soyqırımının iştirakçısı, eyni zamanda bu soyqırımının törədilməsinin əsas səbəbkarlarından biridirlər. Onlar məhz Xocalı faciəsini törətmələri Qarabağda azərbaycanlılara verdikləri işgəncələr, soyqırımı, zülmlər nəticəsində əldə etdikləri üstünlüklərlə siyasi hakimiyyətə gəldilər. Bu cəlladlar indiyədək öz cəzalarını almayıblar”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, həmçinin Fransa Ukraynanın Buça şəhərində baş vermiş faciəni soyqırımı adlandırmaqdan imtina edib: “Ancaq Fransanın qondarma erməni soyqırımı ilə əlaqədar münasibəti bəllidir. Uzun illərdir hər il aprelin 24-də ABŞ prezidentinin qondarma soyqırımı ilə əlaqədar soyqırımı ifadəsini işlədib-işlətməyəcəyinə diqqətlər yönəlir. Bir sözlə, başqa məsələlərdə olduğu kimi bu məsələdə də ikili standartlar özünü göstərir. Makronun dediyi kimi, soyqırımı faktına siyasətçilər yox, hüquqşünaslar qiymət verməlidirlər. Lakin qondarma erməni soyqırımı məsələsi gündəmə gəldikdə burada siyasətçilər işə düşürlər. Eyni zamanda, Xocalı faciəsi ilə əlaqədar da demokratiya institutlarının mərkəzi hesab edilən bu dövlətlərin mövqeyi və yanaşması bizləri məyus edir. 1992-ci ildə törədilmiş Xocalı soyqırımının cinayətkarları hələ də mühakimə olunmurlar. Buradan belə bir məntiqi nəticəyə gəlmək olar ki, biz daha güclü olmalı, öz problemlərimizi özümüz həll etməliyik”.
N.Həmzəyev vurğulayıb ki, Ermənistanda yaşayan erməni xalqı da bu cür məsələlərin qurbanı və hədəfi seçiliblər: “Yaradılmış süni problemlər, qondarma erməni soyqırımı, yaxud Qarabağın 30 ilə yaxın işğalda saxlanılması faktiki olaraq Ermənistan xalqına heç bir fayda verməyib. Əksinə, Ermənistanın dünyaya inteqrasiyası, dövlət olaraq regionda öz yerini tuta bilməsi, faktiki olaraq müstəqil siyasət yeritməsi bu gün də mümkün deyil. Bu baxımdan Ermənistan xalqı baş verənlərdən düzgün nəticə çıxarmalı, eyforiyaya qapılmamalıdır. Ümid edirik ki, Ermənistan bu cür vəhşilikləri törətmiş öz soydaşlarının qanun qarşısında cəza almalarına şərait yaradacaq. Hazırkı hakimiyyət bu cinayətkarları özləri cəzalandırmalıdırlar”.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...































.jpg)
.jpg)

