Nida.az
Bu məsələ hər iki ölkənin maraq dairəsindədir - RƏY
“Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu günlərdə ölkəmizə iki günlük rəsmi səfəri zamanı bir sıra görüşlər keçirib və tədbirlərdə iştirak edib. Səfər zamanı iki ölkə arasında 10 sənəd imzalanıb. Bu sənədlərin içərisində aprelin 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Prezidenti Sadır Japarovun imzaladıqları Strateji Tərəfdaşlıq haqqında Bəyannamə xüsusi qeyd edilməlidir. Çünki bu sənədin imzalanması ilə ölkələrimiz arasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə qalxacaq”.
Publika.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Adil Əliyev deyib.
Deputat bildirib ki, iki ölkənin prezidentləri tərəfindən həmin gün digər bir önəmli sənəd də imzalandı: “Bu, Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandumdur. Dövlətlərarası Şuranın yaradılmasının önəmi ondadır ki, həmin qurum Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin praktik baxımdan icrası, yəni ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi üçün mühüm rol oynayacaq. Belə ki, ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi Dövlətlərarası Şura çərçivəsində daha səmərəli surətdə aparılacaq. Səfər zamanı imzalanmış digər sənədlər ölkələrimiz arasında münasibətlərin iqtisadiyyat, maliyyə, nəqliyyat, informasiya texnologiyaları, aviasiya, kənd təsərrüfatı,təhsil, teleradio, əqli mülkiyyətin qorunması kimi müxtəlif sahələrdə inkişafını nəzərdə tutur. Təhsil və teleradio sahələrində əməkdaşlığın inkişaf etdirilməsi təbiidir. Çünki bu, xalqlarımızı birləşdirən müştərək tarixə və mədəni irsə malik olmağımızdan, hər iki ölkənin türk dünyasına mənsubluğundan irəli gəlir. Qeyd etmək lazımdır ki, Şuşa şəhəri 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunub və Qırğız Respublikası da bu təşəbbüsü dəstəkləyənlər arasında olub. Azərbaycan və Qırğız Respublikası arasında münasibətlərin keyfiyyətcə yeni müstəviyə çıxarılması iki ölkənin bu günə qədər qurduğu əməkdaşlığın səmərəli və perspektivli olmasından irəli gəlir. Ölkələrimizin beynəlxalq təşkilatlarda ənənəvi olaraq əməkdaşlıq etməsi və bir-birlərini dəstəkləməsi təqdirəlayiqdir. Belə əməkdaşlıq və qarşılıqlı dəstək BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı platformalarında xüsusilə nəzərə çarpır”.
A.Əliyev vurğulayıb ki, Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması Azərbaycan-Qırğız Respublikası arasında iqtisadi sahədə münasibətləri inkişaf etdirməyə stimul verəcək: “Bu baxımdan Azərbaycan şirkətləri üçün Qırğızıstanın enerji sektoru maraqlı ola bilər. Çünki enerji sektoru hər iki tərəfin maraqları baxımından cəlbedicidir. Qırğızıstan enerji sektorunun inkişafına xüsusi diqqət ayırır, Azərbaycan tərəfi isə bu sahədə müəyyən təcrübəyə malikdir. Bu baxımdan Prezident İlham Əliyev Qırğızıstanın enerji infrastrukturunun yaradılmasında səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac duyulduğunu vurğuladı. Qarşılıqlı maraq doğuran digər sahə nəqliyyat və tranzitlə bağlıdır. Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyini nəzərə alsaq, bu, Qırğızıstan üçün şimal, qərb və cənub istiqamətində yükdaşımalar üçün əlverişli şərait yaradır. Eləcə də Qırğızıstan Çin və Avropa arasında yerləşən tranzit ölkə olaraq Azərbaycanla bu istiqamətdə əməkdaşlıqdan fayda götürə bilər. Kənd təsərrüfatı da gələcək əməkdaşlıq üçün perspektivli görünür. Xüsusən də dünyada hazırda yaşanan və gələcəkdə daha da kəskinləşə biləcəyi gözlənilən ərzaq təhlükəsizliyi və qida məhsullarının çatışmazlığı ilə bağlı problemlər fonunda kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı hər iki ölkənin maraq dairəsindədir. Beləliklə, Azərbaycan və Qırğızıstan münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək əzmindədir”.
-
MDB21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı