Nida.az
Sabiq nazirdən maraqlı açıqlamalar: Məndən səmimiyyət istəməyin - VİDEO
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun "ASAN Radio"nun direktoru Emin Musəviyə bağ evində verdiyi qısa müsahibə TikTok sosial şəbəkəsində bir gün ərzində yarım milyondan çox baxış qazanmaqla rekorda imza atıb.
Tofiq Zülfüqarov müsahibə zamanı maraqlı açıqlamalarla diqqət çəkib.
Jurnalistin onu "canlı əfsanə" adlandırmasını qəbul etməyən sabiq nazir Emin Musəvidən təqdimatı yüngülləşdirməyi istəyib.
Günün çox hissəsini Mərdəkandakı bağ evində keçirdiyini söyləyən T.Zülfüqarovun açıqlamasından belə məlum olur ki, eks-nazir şəhərin səs-küyündən uzaq durmağa üstünlük verir.
Videoda sabiq nazirin iti də görüntülənib. Zülfüqarov qeyd edib ki, hazırda yanında olan "İrmaks" onun 3-cü itidir.
Jurnalistin digər sualına "məndən səmimiyyət, şəffaflıq istəməyin", - deyə cavab verən sabiq nazir bunu diplomat peşəsilə əlaqələndirib. O bildirib ki, yalnız ailədə səmimi olmaq lazımdır.
T.Zülfüqarov dostları ilə bağlı suala da maraqlı cavab verib. Sabiq nazir jurnalistin ona "Dostlarla səmimisinizmi?" sualına "Bəli, yoxsa onlar mənlə dostluq etməzlər" deyə cavab verib.
Publika.az">Publika.az sözügedən videonu təqdim edir:
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Ekologiya11:20Azərbaycanın bu ərazilərinə qar yağdı - Faktiki hava
-
ABŞ10:35"Tramp Ağ Evi Səddam Hüseynin restoranına çevirib" - Obamadan sərt tənqid(VİDEO)
-
MDB09:55Ukrayna ordusu gecə Belqoroda kabus yaşatdı: 14 yaralı, 1 ölü
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO
-
Ekologiya07:17Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Magazin206:16O da "Gönül dağı"nda olacaq - FOTO






.png)
.jpg)

.png)























