Nida.az
YAP-da Zərifə Əliyevaya həsr edilmiş konfrans keçirildi
Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunan "Nurlu ömrün işığı" adlı konfrans keçirilib.
Publika.az xəbər verir ki, tədbirdə YAP sədrinin müavini-Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, səhiyyə naziri Teymur Musayev, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları və digər şəxslər iştirak edib.
Tədbirin əvvəlində görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın, torpaqlarımızın müdafiəsində və azad edilməsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini-Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov bildirib ki, Zərifə Əliyevanın şərəfli ömür yolu gələcək nəsillər üçün nümunədir: “Zərifə xanım Əliyeva gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm nümunə yaradıb. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi də Zərifə Əliyevanın adı ilə bağlıdır. O həmçinin, Azərbaycanda oftalmologiyanın inkişafına töhfələr verib. Bununla yanaşı Zərifə xanım Əliyevanın ictimai fəaliyyəti də cəmiyyətimiz üçün faydalı olub. O vətən üçün, Azərbaycan naminə misilsiz işlər görüb. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham Əliyev Azərbaycana tarixi nailiyyətlər qazandırıb”.
Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Zərifə xanım elə şəxsiyyət idi ki, onunla ünsiyyətdə olanlar onu bir daha unuda bilmirdilər: “Zərifə xanım üçün xeyirxahlıq hər zaman həyat tərzi olub. Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirən Zərifə xanım hər zaman ulu öndərə dəstək olub. İlk dəfə olaraq Azərbaycanda Zərifə Əliyevanın sayəsində göz orqanının peşə xəstəlikləri öyrənilib. Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə onun böyük zəhməti var. Zərifə Əliyevanın işıqlı obrazı heç vaxt xatirələrdən silinməyəcək”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Akademik Zərifə Əliyeva - xeyirxahlıq və humanizm mücəssəməsi” mövzusunda nitq söyləyib: “Bu gün Zərifə xanım insanların qəlbində özünə sevgidən abidə ucaldıb”.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, 40-50-ci illərdə dünyada 400 milyon insan traxoma xəstəliyinə tutulmuşdu və onlardan 80 milyonunu görmə qabiliyyətini itirmişdi: “Zərifə xanımın elmi fəaliyyyəti, elmi tədqiqatları ilə tanış olanda görürük ki, o həmişə oftolmalogiyanın ən çətin sahələrinə müraciət edib. Zərifə xanım ilk tədqiqatçı idi ki, göz dibini müayinə etməklə insanda olan xəstəlikləri ortaya çıxara bilirdi. Bu tək Azərbaycanda deyil, dünyada yüksək qiymətləndirilən tədqiqat idi. Zərifə xanımın bu sahədə 2 monoqrafiyası var”.
-
ABŞ15:36Hər şey ABŞ-ın İrana zərbəsinə hesablanıb - Amerikalı jurnalist
-
Rəsmi xronika15:05Bu imtahan ödənişli olacaq - Prezident təsdiqlədi
-
Nida Xəbər 14:52Azərbaycanın məşhur alimi həbs olundu - FOTO
-
Sosial13:43Nazirliyin idarə rəisi vəzifəsindən azad edildi - FOTO
-
Rəsmi xronika13:13İlham Əliyev fərman imzaladı
-
İdman12:54Ronaldonun Corcinası planetin ən nüfuzlu iki modelindən biridir - FOTOFAKT
-
Nida Xəbər 12:08Bakının təhvil verdiyi ermənini İstintaq Komitəsinə apardılar: Dindirirlər
-
Dünya12:02Moskvada Britaniya kəşfiyyatçısı ifşa edildi: Görün harada işləyirmiş

































