Nida.az
Bu, sərhədlərin dəqiqləşdirilməsi zamanı müzakirə predmeti olacaq - RƏY
"Prezident İlham Əliyev ADA Universitetində Cənubi Qafqaz: "İnkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəxalq konfransda Tehrandan olan nümayəndə Vəli Kalecinin Ermənistanla Azərbaycan arasında sərhədlərin hansı xəritələr ilə müəyyənləşdirəcəyi sualını çox diplomatik və tarixi faktlara əsaslanaraq cavablandırdı".
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, cənab Prezident qeyd edib ki, sərhədlərin müəyyən edilməsi zamanı tarix nəzərə alınmalı, Cənubi Qafqazın sovetləşməsindən sonrakı dövrə aid xəritələr istifadə edilməlidir: "Cənab Prezident həm də 1918-ci ilin xəritələrinə görə İrəvanın Azərbaycan ərazisi olduğunu, 1920-ci ilin xəritələrinə görə, Zəngəzurun Azərbaycanın tərkibində olduğunu və sovetlər Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verəndə həmin ərazisinin eninin indiki kimi 42 km olmadığını qeyd etməsi Ermənistan üçün bir mesajdır. Tarixə nəzər yetirəndə hamıya məlumdur ki, indiki Ermənmistanın ərazisində azərbaycanlılar yaşayıb və bütün toponimlər də azərbaycanlılara məxsus olub. Zəngəzur Azərbaycandan qoparılıb Ermənistana veriləndə bu ərazinin eni cəmi 10 km olub. Ermənilər sonradan Zəngəzurun ərazisini yavaş-yavaş Azərbaycanın əraziləri hesabına artırıblar və indiki səviyyəyə çatdırıblar. Bütün bu məsələlər sərhədlərin müəyyənləşdirilməsi zamanı müvafiq komisiyanın müzkirə predmeti olacaqdır".
A.Badamov vurğulayıb ki, Prezident Ermənistanın yerləşdiyi ərazilərin də Azərbaycana məxsus olduğunu xatırladıb və qeyd edib ki, əgər özlərini düzgün aparmasalar oraları da azad edəcəyik: "Təbii ki, bu gün Azərbaycanın buna kifayət qədər imkanları və gücü vardır. Ona görə də Ermənistan yalvararaq Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin tezləşdirilməsinə və ərazi iddialarından əl çəkərək sülh müqaviləsinin imzalanmasına çalışmalıdır".
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ














.jpg)




















