Nida.az
Azərbaycan tarixi torpaqlarını geri qaytaracaq - Deputat
“Prezident İlham Əliyev ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda özünə yönəldilmiş suallara çox məharətlə cavab verərək dünyanın ən məharətli ölkə başçılarından olduğunu bir daha nümaiş etdirdi. Ölkə başçısı xüsusilə sərhədlərin demarkasiya və delimitasiya olunması ilə bağlı çox mühüm açıqlamalar verdi”.
Bunu Publika.az-a millət vəkili Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, Ermənistan nə qədər bu məsələdən yayınmağa çalışsa da, Azərbaycanın dedikləri ilə razılaşıb: “Ölkə başçısı Azərbaycanın mövqeyini bir daha dünyaya çox gözəl bir şəkildə nümaiş etdirdi. Arıq bu məsələ ilə bağlı müəyyən addımlar atılmağa başlayıb”.
C.Osmanov vurğulayıb ki, sərhədlər dəqiqləşdirildikdən sonra bir sıra tarixi Azərbaycan torpağı yenidən əsl sahiblərinə qayıdacaq: “Ermənistan illər boyu işğalçılıq siyasəti həyata keçirərək bəzi əraziləri işğal edib. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqları qəbul edən ermənilər bizim dediklərimizlə razılaşmağa məcbur olublar. Sərhədlərin demarkasiya və delimitasiya olunması məsələsində Azərbaycanın mövqeyi dəyişilməzdir. Tarixən bizim olan torpaqlar birmənalı olaraq bizə qayıdacaq və orada yaşayan insanların hər biri Azərbaycan vətəndaşı olacaqlar”.
“İlham Əliyəv konfransda Avropa İttifaqı ilə olan münasibətlərimizin inkişaf etdiyini də söyləyib. Bu günə qədər Brüsseldə keçirilən görüşlərin hər birində Azərbaycan öz istəklərinə nail olub. Keçirilən görüşlərdən görünür ki, Avropa İttifaqı Cənubi Qafqazda sülhün bərqərar olmasının tərəfdarıdır. Bütün bunları nəzərə aldıqda Brüsseldə olacaq növbəti görüşün də uğurlu olacağı gözlənilir”.
-
Dünya09:48Türk iş adamının təyyarəsinin qalıqları tapıldı - Dağın yamacına çırpılıb
-
ABŞ09:12Jurnalistləri aparan helikopter qəzaya uğradı - Ölənlər var/VİDEO
-
Nida Xəbər 09:00Hikmət Hacıyev Ərəb Media Forumunda iştirak etdi - FOTO
-
Sosial07:47Balqabağın elə faydaları üzə çıxdı ki...
-
ABŞ07:30ABŞ İsrailə 20 min ədəd ağır bomba satacaq
-
Magazin206:16Azərbaycan repi “Mehmed Fetihler Sultanı”nda - VİDEO
-
İdman03:43Messi vida üçün milliyə çağırıldı
-
Dəb03:13Qış üçün ən zövqlü ayaqqabılar - 1990-cı illərin modeli dəbə qayır







.png)








.jpg)

.webp)
















.jpg)


