Nida.az
Bu, iki ölkə arasında yeni səhifədir - Şərh
"Hikmət Hacıyev və Armen Qriqoryan arasında baş tutan görüş olduqca vacib görüş sayılmalıdır. Çünki son zamanlar Bakı və İrəvan arasında sülh danışıqlarında ciddi nəticələrlə bitə biləcək dialoqun şahidi olmaqdayıq. Məlum Brüssel görüşündən sonra İrəvanla Bakı arasında müəyyən məsələlərlə bağlı razılıq var. Belə ki, sülh müqaviləsi ilə bağlı işçi qrupunun yaradılması, delimitasiya-demarkasiyanın aparılması ilə bağlı da işçi qrupunun yaradılması əsas məqsədlərdən hesab edilirdi".
Bunu Publika.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.
Politoloq bildirib ki, Bakı və İrəvan müharibədən sonra yeni dönəmə start veriblər, lakin bu yeni dönəm heç də asanlıqla cərəyan etmir:
"Ermənistanda artıq bir neçə gündür ki, kütləvi mitinqlər davam etməkdədir. Biz Robert Koçaryanın, Artur Vanetsyanın, İşxan Saqatelyanın və Serj Sarksyanın birlikdə bu mitinqlərə başçılıq etdiklərinin də şahidiyik. Faktiki olaraq bu gün Ermənistanda qərbyönümlü siyasi partiyalarla Rusiyayönümlü siyasi partiyalar arasında bir mübarizənin şahidiyik. Bu, əslində ABŞ və Rusiya arasında Ermənistanda bir çəkişmədir və bu mitinqlərin arxasında geosiyasi çəkişmələr dayanır. Təsadüfi deyil ki, biz hətta Koçaryanın oğlunun da mitinqlərə gəldiyinin şahidi olduq. Bu isə o deməkdir ki, biriləri Ermənistanda Paşinyana təsir mexanizmləri üçün ipucu verib. Onların həqiqətən də əsas məqsədi Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına zərbə vurmaq və yeni dönəmin başlamasının qarşısının alınması, eyni zamanda Ermənistanın Qərblə təmaslarının azaldılmasıdır. Bütün bunların fonunda Azərbaycanla Ermənistan arasında keçirilən görüşlər xüsusi aktuallıq kəsb edir.
Ermənistan məhz Azərbaycan və Türkiyə vasitəsilə Qərb dünyasına açıla, iki ölkə ilə problemləri həll etdikdən sonra müxtəlif proseslərdə tərəf kimi iştirak edə bilər. Bunu Nikol Paşinyan çox yaxşı başa düşür. Fikrimcə, indiki halda istənilən danışıqların nəticəli olması Ermənistan müxalifətinin xarici dairələr tərəfindən daha da ağzınlaşdırılmasına səbəb olacaq. Nəticə etibarilə dünən keçirilən görüş olduqca vacib idi. Dünənki görüşdə müəyyən məsələlərlə bağlı müxtəlif detallar, istiqamətlər müzakirə edilib. Dialoqların ikitərəfli olması, bu kimi dialoqlarda müxtəlif məsələlərin vasitəçisiz müzakirə edilməsi kifayət qədər yaxşı və uğurlu addımdır. Bu, iki ölkə arasında yeni səhifədir".
-
Dünya07:47Qocalar evində FACİƏ: 10 nəfər öldü, 20-yə yaxın yaralı var
-
Magazin106:16Oğlu Zaura ŞƏRT QOYDU: "Səhnəni tərk edəcəyəm" - VİDEO
-
Hadisə05:45Bakıda avtobus bir neçə maşını əzib obyektə çırpıldı - VİDEO
-
Magazin103:43Toya gecikən Afət görün məclisə hansı geyimdə gəldi - VİDEO
-
ABŞ02:12ABŞ TƏŞVİŞ İÇİNDƏ - Sərnişin təyyarəsi hədəfə alındı, hava limanı bağlandı
-
İdman00:30“Qara bazar”dan şikayətlənirdi, özü də saxlanıldı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz bir dərinliklə qarşılaşacaqsınız
-
Nida Xəbər 4 Noyabr 23:24Sabiq nazir Koçaryanla bağlı faktları AÇIQLADI: "Xüsusi hazırlıq keçmiş agent olub" - VİDEOİ




































