Nida.az
Kreml və Vaşinqton üz-üzə: İrəvan kimin caynağına keçəcək?
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Birləşmiş Ştatlara səfəri və səfər çərçivəsində Amerika tərəfindən səsləndirilən müəyyən bəyanatlar sözsüz ki, Rusiyada qıcıq doğuracaq”.
Bunu Publika.az-a açıqlamasında politoloq Zaur Məmmədov deyib.
Politoloq düşünür ki, Rusiya üçün qıcıqlandırıcı bəyanatlardan biri də Türkiyə-Ermənistan münasibətləri ilə bağlı idi:
“Birləşmiş Ştatlar Ankara və İrəvan arasındakı münasibətlərin düzəlməsini gözləyir. Eyni zamanda Qarabağ məsələsi ilə bağlı ABŞ Rusiyanın tezliklə bölgəni tərk etməsini istəyir. Bundan başqa, səfər çərçivəsində Ermənistanla ABŞ arasında atomla bağlı razılaşmanın əldə edilməsi kifayət qədər maraqlı məqamdır. Çünki Rusiya son 2 ayda bu məsələni ümumiyyətlə gündəmdə saxlayırdı. Hətta bu istiqamətdə MDB məkanında olan dövlətlərə də təzyiq edirdi. Kreml qeyd edirdi ki, ABŞ-ın Ermənistanda bioloji laboratoriyaları var”.
Ekspertin fikrincə, atom məsələsi daha da irəliyə gedən bir mövzudur:
“Düşünürəm ki, Ermənistanda çaxnaşmaların sayının artması, müxalifətin hər gün, dayanmadan mitinqləri davam etdirməsi elə Rusiyanın qıcıqlandırılması ilə bağlıdır. Nikol Paşinyan hökuməti artıq qərbyönümlü siyasətini göstərməkdədir. Xüsusilə Ukrayna hadisələri fonunda Ermənistan hakimiyyəti belə bir baxış bucağı ortaya qoyub ki, tez bir zamanda Qərbə inteqrasiya yolunu seçsin. Ermənistanın hökumət üzvlərinin Avropa İttifaqının müxtəlif ölkələrinə təşkil edilən səfəri də bunun bariz nümunəsidir. Unutmayaq ki, artıq Moskva və Vaşinqton arasında Cənubi Qafqazla bağlı ciddi şəkildə geosiyasi mübarizə getməkdədir. Bu mübarizəni Ermənistan daxilindəki siyasi partiyalar arasında da görməkdəyik”.
-
Qoroskop00:00Günün ulduz falı - Gizli düşmənlərə qarşı diqqətli olun
-
Magazin13 Fevral 23:00“Eşref Rüya”da şok ayrılıq - Foto
-
Magazin13 Fevral 22:36Alim Qasımovla yeni qohum olan kürəkən iş axtarır - Video
-
İdman3 Fevral 20:36Ronaldo bu gün məşqə də çıxmadı - Nə baş verir?
-
Magazin13 Fevral 20:24Tatlıses Günelə mirasından pay verib?
-
Sosial3 Fevral 19:48Qalib Salahzadənin dəniz kənarındakı obyektləri sökülür
-
Elm və təhsil3 Fevral 19:00Nazir bu xanıma yüksək vəzifə verdi - FOTO
-
Nida Xəbər 3 Fevral 16:16Azərbaycan vasitəsilə benzin idxalı qiymətlərə təsir edəcək - Ermənistan ümidlidir




















.jpg)

.jpg)












