Nida.az
Qarabağ cənnətə çevrilməkdədir - Deputat
“İşğaldan azad olunmuş ərazilərin bərpası, quruculuq işlərinin sürətləndirilməsi və yüksək səviyyədə aparılması, məcburi köçkünlərin öz od-ocaqlarına qayıtmalarının təmin edilməsi dövlətimizin qarşıda duran başlıca vəzifələrindəndir. Böyük qayıdışın reallaşdırılması sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi mühüm tədbirlər öz parlaq nəticələrini verməkdədir”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
Deputat bildirib ki, Qarabağda çox mühüm əhəmiyyətə malik olan obyektlərin, müəssisələrin, hava limanlarının tikintisi, yolların çəkilməsi, körpülərin salınması, elektrik stansiyalarının quraşdırılması, tunellərin qazılması, su anbarlarının yaradılması iqtisadiyyatımızın gələcək sürətli inkişafına hesablanıb: “Dövlətimizin rəhbəri bu gün bölgənin yeni inkişaf və əməkdaşlıq formatını yaradır, Qarabağın cənnətə çevrilməsi üçün əlindən gələni əsirgəmir. Bununla yanaşı, ölkə rəhbəri gücümüzü, tərəqqimizi iqtisadiyyatımızın inkişafında görür və birliyimizə böyük önəm verir. Qarabağın inkişafı bu baxımdan strateji hədəflərdəndir. Qarabağda 9 kənd və qəsəbə yaşayış məntəqələrinin salınmasına başlanması bu hədəfləri reallaşdırır. Artıq bu istiqamətdə 9 açıq tenderə yekun vurulub. Füzuli, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Laçın rayonlarında salınacaq yaşayış məntəqələri öz müasirliyi ilə seçiləcək”.
T.Rzayev vurğulayıb ki, Qarabağa Böyük qayıdış proqramının həyata keçirilməsi üçün xüsusi plan, proqram və layihələr hazırlanıb ki, bu da işlərin uğurla həyata keçirilməsini təmin edəcək: “Sevindirici haldır ki, Türkiyə, İtaliya, Rusiya, eləcə də türkdilli dövlətlərdən olan şirkətlər bu proqramların həyata keçirilməsində iştirak edirlər. Cənab Prezidentimizin qarşıya qoyduğu çox mühüm vəzifələr artıq öz həllini tapmaqdadır və Qarabağ cənnətə çevrilməkdədir”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


