Nida.az
Tarixi torpaqlarımıza geri qayıdacağıq - Deputat
“Azərbaycan tərəfindən irəli sürülmüş təkliflərdən biri də sərhədlərin demarkasiya və delimitasiya olunmasıdır. Qazaxın 7 kəndi və Naxçıvanın kərki ərazisi bu proseslərdən sonra Azərbaycana qaytarılacaq”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, artıq müzakirələr ölkəmizin təklif etdiyi şərtlər fonunda davam etdirilir: “Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov da açıqlamasında qeyd etdi ki, delimitasiya və demarkasiya işləri başlayarkən bu kəndlər də Azərbaycana qaytarılacaq. Birmənalı olaraq söyləmək olar ki, sərhədlər dəqiqləşdirildikdə tarixi torpaqlarımıza geri qayıdacağıq. Azərbaycan bir qarış torpağından belə əl çəkməyəcək. Gələcəkdə həmin ərazilərdə bizim qanunlarımız fəaliyyət göstərəcək və bayrağımız dalğalanacaq. Digər tərəfdən müzakirələr aparılır və bu proseslər bitdikdən sonra işçi qrupları tərəfindən sərhədlərin demarkasiya və delimitasiya olunması başa çatacaq. Yəni bütün bu işlər bir müddət zaman alacaq, ancaq Azərbaycan öz istədiklərinə nail olacaq”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


.jpg)























.jpg)

.jpg)