Nida.az
Türkiyənin hədəfi onları məhv etməkdir - Ekspert
“Türkiyə mütəmadi şəkildə İraq və Suriyanın şimalında bölücü, radikal terror qruplaşmalarına qarşı əməliyyatlar həyata keçirir. “Pənçə-Kilit” əməliyyatı da bu əməliyyatların bir hissəsi hesab olunur. Əməliyyatların keçirilməsində başlıca hədəf Türkiyənin dövlət və milli təhlükəsizliyinə təhdid yarada biləcək ünsürləri neytrallaşdırmaqdır. Çünki bilirik ki, 70-ci illərin sonu, 80-ci illərin əvvəllərindən başlayaraq həmin ərazilərdən Türkiyəyə terror təhdidləri olub”.
Bunu Publika.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.
Ekspert əlavə edib ki, Türkiyənin iri şəhərlərində partlayan bombalar, cənub-şərq bölgələrindəki kəndlərə edilən hücumlar, terror aktlarının həyata keçirilməsi, həmin ərazilərdəki əsgərlərə, təhlükəsizliyin təmin olunması ilə məşğul olan güc strukturlarının əməkdaşlarına qarşı dəfələrlə terror aktlarının həyata keçirilməsi kimi problemlər Türkiyəni sərhəddən kənarda bu cür əməliyyatlar keçirməyə vadar edib: “Bu mənada “Pənçə-Kilit” əməliyyatını ayrıca bir proses kimi götürmək doğru deyil. Bu, son illərdə Türkiyənin haqlı olaraq davamlı şəkildə öz təhlükəsizliyini təmin etmək məqsədilə həyata keçirdiyi anti-terror əməliyyatlarının bir hissəsidir. Bundan sonra da bu cür əməliyyatların aparılması gözləniləndir. Türk rəsmilərin özlərinin də dəfələrlə bəyan etdiyi kimi, məqsəd terrorun kökünü kəsməkdir. İstər bundan öncə Suriyanın şimalında, istərsə də hazırda İraqın şimalında həyata keçirilən əməliyyatlar zamanı Türkiyə öz haqlı mövqeyini beynəlxalq tribunalardan dilə gətirib və beynəlxalq güclərdən dəstək istəyib. Lakin biz burada da ikili yanaşmaların şahidi olduq. Məsələn, PKK/YPG bölücü terror qruplaşmalarına Qərbin dəstəyi onu göstərir ki, Türkiyə bu məsələdə təkdir. Lakin bütün bunlara baxmayaraq, Türkiyə qərarlıdır və maksimum dərəcədə bu terror qruplaşmalarına qarşı mübarizəsini davam etdirəcək”.
V.Zifəroğlu vurğulayıb ki, Türkiyə maksimum dərəcədə onun dövlətinə, xalqına illərdir əziyyət verən bu terroru sərhədlərindən uzaqlaşdırmağa çalışır: “Xəritəyə diqqət etsək görərik ki, Türkiyə istər Suriyanın şimalında, istərsə də İraqın şimalında gedən əməliyyatlarla terroru sərhəd zolağından təmizləməyə çalışır. Türkiyənin anti-terror əməliyyatları manipulyasiya olunur. Bu isə baş verən prosesləri təhrif etməkdir. Türkiyə rəsmiləri dəfələrlə bəyan edib ki,Türkiyənin nə İraqın, nə də Suriyanın ərazi bütövlüyünə qəsd etmək məqsədi var. Hədəf sırf Türkiyənin ərazi bütövlüyünə və türk xalqının, dövlətçiliyinin təhlükəsizliyinə təhdid yaradan ünsürləri məhv etmək, onları neytrallaşdırmaqdır”.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
