Nida.az
Bu, həm də dünyaya verilən bir mesajdır - Ekspert
“Prezident İlham Əliyev Rize-Artvin Hava Limanının açılışında iştirak etdikdən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bir sıra məsələləri müzakirə edəcəklər”.
Bunu Publika.az-a açıqlamasında ekspert Çingiz Qənizadə deyib.
O qeyd edib ki, Rize-Artvin Hava Limanına ilk eniş edən iki qardaş ölkənin təyyarələri olacaq: “Bu cür önəmli bir tədbirdə Türkiyə və Azərbaycan prezidentlərinin iştirak etməsi olduqca vacibdir. Bu, həm dostlara, həm də düşmənlərə verilən xüsusi bir mesajdır. Füzuli hava limanını açılışında da Türkiyənin dövlət başçısı iştirak etmişdidə. Keçirilən tədbirdə iki qardaş ölkənin prezidentlərinin iştirak etməsi həm də siyasi bir əhəmiyyət daşıyır. İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etməsi onu göstərir ki, Azərbaycan və Türkiyənin qardaşlıq münasibətləri əbədi və sarsılmazdır. Hətta onu da qeyd etmək lazımdır ki, Türkiyədə çevriliş olduğu zaman Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri təxirə salındı və bundan dərhal sonra İlham Əliyev qardaş ölkəyə səfər etdi. Prezident atdığı addımla dünyaya göstərdi ki, qardaş Türkiyənin dövlət başçısı gələ bilmirsə, mən bu çətin vaxtda oraya səfər edərəm. Belə addımlar hər kəs üçün qürur verici bir hadisə idi. Azərbaycan hər zaman Türkiyənin yanında olduğunu bəyan edib və bu əbədi olaraq dəyişilməz qalacaq”.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)


























.jpg)

.jpg)