Nida.az
Azərbaycan polisi istənilən təxribatın qarşısını qətiyyətlə alacaq - Politoloq
“Bakının Səbail rayonunun Fəvvarələr meydanında feministlər və onların dostları olan bəzi feysbuk fəalları birlikdə icazəsiz aksiya təşkil etməyə cəhd göstərib. Əslində, hər bir ölkə vətəndaşının etiraz etmək və sərbəst toplaşmaq hüququ var, ancaq əlbəttə ki, qanun və qayda ilə”.
Bu fikirləri Publika.az-a politoloq Ramiz Alıyev bildirib.
R.Alıyev qeyd edib ki, ölkəmizdə fəaliyyət göstərən bəzi feminist komandasının nümayəndələri və onların dostları olan bəzi feysbuk fəalları icazəsiz bu aksiyanı keçirməyə cəhd etməklə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təxribata sürükləmək istəyiblər: “Maraqlı məsələlərdən biri də odur ki, aksiya təşkilatçıları sanki hazırda Ermənistanda baş verən aksiyaların davamını burada etmək niyyətində idilər. Qəribədir ki, erməni müxalifəti öz dövlətini müharibədə məğlub olmaqda ittiham edərək və ona əsaslanaraq aksiyalar keçirir və hazırkı hökuməti istefaya səsləyirlər. Azərbaycan qalib ölkədir və bu cür aksiyaların keçirilməsinə səbəb yoxdur. Biz hazırda xalq olaraq öz qalibiyyətimizi dünyaya nümayiş etdirməliyik və onun təbliğatı ilə məşğul olmalıyıq. Bunu özünü azərbaycanlı sayan hər bir vətəndaşımızın etməli olduğunu düşünürəm. Təxribatla məşğul olub, ölkəmizin imicinə zərər vurmağa cəhd göstərənlər isə hesab edirəm ki, dövlətimizin qalibiyyətini həzm edə bilməyən dairələrin sifarişlərini yerinə yetirən, onların alətinə çevrilən bir qurub vətən xainidir!”
Politoloq qeyd edib ki, Ermənistanda baş verən aksiyaların əsl səbəbini və kimlər tərəfindən idarə olunmasını, sifarişlərin hansı dairələrdən gəlməsini çox gözəl bilirik: “Eyni ssenarini ölkəmizdə tətbiq etmək istəyən dairələr və onların ölkəmizdə olan əlaltıları bu cür aksiyalar keçirməklə qarışıqlıq yaratmaq niyyətindədir. Aksiya zamanı dövlətimizə və onun hüquq-mühafizə orqanlarına qarşı səsləndirilən təhqir dolu şüarlar isə həmin aksiyada olan feminist və onların dostlarına uyğun ifadələr idi”.
Politoloq hesab edir ki, bu cür aksiyaların təşkil olunması və aksiya iştirakçılarının məhz feministlərdən və hay-küy salan feysbuk fəallarından ibarət olması onların bunun üçün sifarişi haradan almalarını göstərir: “Kimliyindən asılı olmayaraq hər kəs anlamalıdır ki, hansı dairələrdən sifarişlər alırlar alsınlar, nə ölkəmizin qalibiyyətinə ləkə vura biləcəklər, nə də xalq-dövlət birliyinə əngəl ola biləcəklər! Dövlətimizə qarşı yönələn istənilən təxribatın qarşısını polisin qətiyyətlə alacağından heç kimin şübhəsi olmasın!”
-
Rəsmi xronika17:48
İlham Əliyev fərman imzaladı
-
MDB17:20
Putin Qazaxıstanda bu məsələni qaldıracaq: əgər hücum olarsa...
-
Rəsmi xronika16:10
Prezident onları təltif etdi
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...