Nida.az
Türkiyə Azərbaycanın yanındadır - Deputat
“İndiki dövr dünya üçün çox rəngarəngdir. Dünyada imic və nüfuz üstündə mübarizə gedir. Hətta müharibələr də baş verir və güclü ölkələr bir-birinin üzərində üstünlük qazanmağa çalışır. Belə rəngarəng dünyada tək və arxasız ölkə kimi görünmək bəzi dairələr üçün yeni imkanlar deməkdir. Azərbaycan isə soykökü və dili eyni Türkiyə ilə qardaşdır və hər zaman bir-birimizin yanındayıq. Məhz Türkiyənin yanımızda olması və 44 günlük Vətən müharibəsinin ilk günündə Prezident Ərdoğanın “hər cür yardımla Azərbaycanın yanındayıq” deyə bəyan etməsi torpaqlarımızın 30 illik erməni işğalından azad olunmasında bizi xarici müdaxilələrdən sığortalamış oldu”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputatın sözlərinə görə, torpaqlarımızı işğaldan azad etdiyimiz il yarım ərzində Türkiyə prezidentinin Şuşaya gəlişi, Şuşa Bəyannaməsinin imzalanması, azad etdiyimiz ərazilərin yenidən qurulması və bərpasında türk qardaşlarımızın bizimlə çiyin-çiyinə çalışması qardaşlığımızın əbədi olduğunun dünyaya nümayişidir: “Prezident İlham Əliyevin Rizeyə dəvət olunması və Prezident Ərdoğanla çiyin-çiyinə dayanaraq qardaşlığımızı nümayiş etdirərək hava limanının açılışında iştirak etməsi də bir millət, iki dövlət olmağımızdan irəli gəlir. Türkiyə ilə Azərbaycan xoş gündə də, dar gündə də bir yerdədir və bu birliyimiz dünyada sözümüzün gücünü artırır. Cənab Prezident İlham Əliyev Rize şəhərində keçirilən tədbirdəki çıxışında da qardaşlığımızın və dostluğumuzun möhkəm, əbədi olması ilə bağlı mesajlar səsləndirib”.
A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyev bir daha qeyd etdi ki, Azərbaycanla Türkiyə dünyada ən yaxın ölkələrdir: “Prezidentin həm də Şuşada imzalanmış Bəyannaməni xüsusilə qeyd etməsi Türkiyə ilə Azərbaycanın dost və qardaş olmasından da əlavə, həm də müttəfiqlər olduğunun bir daha dünyaya çatdırılması deməkdir. Həm də bu o deməkdir ki, 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallığın alternativi yoxdur və bölgədə uzunmüddətli sülhün imzalanmasında Türkiyə Azərbaycanın yanındadır. Prezident İlham Əliyevin Rize səfəri Azərbaycanla Türkiyənin hər zaman bir-birinin yanında olduğunun dünyaya nümayiş etdirilməsi baxımından çox əhəmiyyətlidir”.
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO