Nida.az
İlham Əliyevin bu addımı bizi çox sevindirdi - İshak Alimlə MÜSAHİBƏ
Prezident İlham Əliyevin Türkiyənin Rize şəhərinə səfəri çərçivəsində iki qardaş ölkə arasında münasibətlərin günü-gündən daha da dərinləşməsinin şahidi oluruq. Hər iki ölkə liderinin kürsüdən səsləndirdiyi fikirlər bir daha onu göstərdi ki, Azərbaycan və Türkiyə eyni köklərə sahib iki qardaş xalq, qardaş ölkə kimi pis gündə də, yaxşı gündə də bir-birinin yanında olacaq.
İki ölkə arasında münasibətlər, Qarabağın inşası, Zəngəzur dəhlizinin açılması və dərinləşən iqtisadi əlaqələr fonunda Türkiyədə hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rize Şəhər Təşkilatının sədri İshak Alim ilə müsahibə etdik.
Publika.az">Publika.az sözügedən müsahibəni təqdim edir:
- İki qardaş ölkə liderlərinin öz dövlətlərinə qazandırdıqları uğurlar barədə nə deyə bilərsiniz?
- İstər Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan, istərsə də Azərbaycan Prezidenti İlham Əliyev cənabları öz millətini sevən iki liderdir. Hər iki lider millətlərinin gücü və dəstəyini arxasına alaraq nəhəng sərmayələrlə ölkələrinin simasını dəyişiblər və ölkələrinə tamam başqa ab-hava qatıblar. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin 81 vilayəti nəhəng layihələrlə inkişaf etdirilib. Ölkəmizin regional gücdən qlobal gücə çevrilməsi, sürətli inkişafı möhtərəm prezidentimizin qətiyyətli rəhbərliyi sayəsində mümkün olub. Cənab Prezident İlham Əliyev isə can Azərbaycanda sabit, düzgün mövqe sərgiləməklə 30 ilə yaxın Ermənistan işğalı altında olan əzəli torpaqlarımızı geri alaraq, Şuşanı illərdir davam edən erməni işğalından azad edib. Yaşanan bütün neqativ hallar qarşısında dik duruş nümayiş etdirərək ölkəsini heç vaxt əzdirməyib. Ölkəsində vətəndaşların rifahını və alıcılıq qabiliyyətini yaxşılaşdırmaqla adambaşına düşən milli gəliri daha yüksək səviyyələrə çatdırıb. Rəbbim iki möhkəm dost, güclü lider olan prezidentlərimizin birliyini, həmrəyliyini daim qorusun. Qardaş ölkələrin ikitərəfli münasibətləri təkcə bizim üçün deyil, regional təhlükəsizlik baxımından da böyük əhəmiyyət kəsb edir.
- Vətən müharibəsində Türkiyə ilk gündən dəstəyini bildirən ölkə olub. Bu münasibət qardaş ölkələrin bir-birinə daha da bağlanmasında nə kimi rol oynadı?
- Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət Türkiyə olub. Müstəqillik əldə edildikdən sonrakı dövrdə Azərbaycanın müstəqilliyinin tanınması və ərazi bütövlüyünün təmin olunması üçün beynəlxalq ictimai rəyin yaradılmasında Türkiyənin böyük yardımı olub. Bundan sonrakı prosesdə mərhum prezident Heydər Əliyevin işlətdiyi “bir millət, iki dövlət” sözləri Türkiyə və Azərbaycan üçün iki ölkə arasında sədaqət mənbəyi olub. Azərbaycan keçmişdən Türkiyə ilə bir millət, iki dövlət konsepsiyası çərçivəsində xüsusi əlaqələr qurub. Bu baxımdan ortaq tarixə və kökə malik Türkiyə ilə Azərbaycan arasında münasibətlər həmişə mehriban olub. Türkiyə Qarabağ müharibəsində Azərbaycana siyasi və mənəvi dəstək oldu. Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan ilk gündən “Azərbaycan tək deyil” deyib və onun bu bəyanatı üçüncü qüvvələrin Azərbaycan əməliyyatına qarışmasının qarşısını alıb. Bundan əlavə, qardaşımız Azərbaycan da hər cür çətinliklərdə ölkəmizə əl uzadaraq bizi tək qoymayıb. Məsələn, 2011-ci il oktyabrın 23-də Vanda baş verən zəlzələ fəlakətində Türkiyəyə yardım əlini uzadan ilk ölkə Azərbaycan oldu. Azərbaycan ötən il yay aylarında yaşanan yanğınlarda bütün imkanlarını səfərbər edən dost ölkə olub. Yaşadığımız bütün çətinliklərdə əziz Azərbaycanın dəstəyini hər zaman yanımızda hiss etmişik. Biz sizə minnətdarıq.
- Azərbaycan və Türkiyənin qədim ortaq tarixi mövcuddur. Lakin son illər bu münasibətlər daha da dərinləşib. Bununla bağlı nə deyə bilərsiniz?
- Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı xalqlarımızın ortaq tarixində mövcuddur. Biz iki dövlət, bir millət şüarımızla tək vücud olmuşuq. Necə ki, Türkiyədəki neqativ hal Azərbaycandakı qardaşlarımıza çox təsir edirsə, oradakı neqativ vəziyyət də bizə çox pis təsir edir. Qardaşlıq və dostluq əsasında inkişaf edən Türkiyə-Azərbaycan əlaqələri sözlə ifadə olunmayan qədim dostluq yaradıb. Bu dostluğun nəticəsidir ki, istər ölkəmizdəki iş adamları, istərsə də Azərbaycanın iş adamları iki ölkə arasında ticarəti səmərəli şəkildə təmin etməklə iki ölkə arasında investisiya şəbəkəsini inkişaf etdiriblər. Qarabağ müharibəsindən sonra müttəfiq olmuş iki ölkənin ürəkləri, xüsusən də Zəngəzur dəhlizinin açılması ilə fiziki birləşdirmək səyləri çox əhəmiyyətli olacaq. Bu hadisə tarixi İpək yolunun canlandırılması ilə ticarət oxuna yeni təkan verəcək.
- İki qardaş ölkənin iki qardaş lideri var desək, yerinə düşər. İki lider arasındakı münasibətləri necə dəyərləndirirsiniz?
- Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti cənab Əliyev haqqında danışanda onu qardaşım Əliyev, dostum Əliyev adlandırır. Aralarında böyük bağlılıq, böyük dostluq var. Təbii ki, bu möhkəm bağ iki ölkə arasındakı münasibətlərə çox müsbət təsir göstərir. Bu kontekstdə Türkiyə Azərbaycanın maraqlarının qorunması, regionda davamlı sülh və əmin-amanlığın bərqərar olması üçün hər zaman əlindən gələn dəstəyi göstərib və göstərəcək.
- Prezident İlham Əliyevin Rize şəhərinə səfəri zamanı səsləndirdiyi fikirlər barədə nə deyə bilərsiniz?
- Cənab Prezident İlham Əliyevin möhtərəm prezidentimizin dəvəti ilə şəhərimiz üçün çox mühüm layihə olan Rizə-Artvin Hava Limanının açılış proqramında bu qədim dostluğun əlaməti olaraq iştirak etməsi, ölkəmiz və prezidentimiz haqqında söylədiyi bəyanatlar bizi çox sevindirdi. Cənab Prezident İlham Əliyevi cənnət kimi xarakterizə etdiyi doğma şəhərimizdə qonaq etməkdən çox xoşbəxtik. Qardaş və dost ölkə Azərbaycan xalqına salamlarımı və sevgimi çatdırıram.
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO