Nida.az
Bundan sonra Azərbaycan xalqı qalib xalq kimi yaşayacaq - DEPUTAT
“Bugünkü güclü və qüdrətli Azərbaycan 1918-ci ildə Şərqdə ilk dəfə müstəqilliyini elan edən müsəlman ölkəsi kimi Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Təəssüf ki, həmin illərdə Azərbaycanın müstəqilliyi heç iki il çəkmədi”.
Bunu Publika.az">Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.
Deputat bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini yenidən bərpa etdi: “Amma müstəqilliyimizin ilk illəri ölkəmiz üçün çox ağır və acınacaqlı keçirdi. O zaman Azərbaycanda parçalanmaq təhlükəsi, vətəndaş qarşıdurması, xaos, anarxiya hökm sürürdü. Digər tərəfdən hakimiyyət uğrunda mübarizə AXC-Müsavat cütlüyünün bəzi üzvlərinin xəyanəti nəticəsində Azərbaycanın torpaqları ard-arda işğala məruz qaldı. Hakimiyyət çəkişmələrindən və xəyanətdən istifadə edən ermənilər Şuşanı da işğal etdilər. Məhz həmin dövrlərdə müstəqilliyimizin tamamilə itirilməsi ilə üz-üzə idik. Bu zaman Ümummilli liderimiz xalqın təkidli tələbi ilə Azərbaycanda yenidən siyasi hakimiyyətə gəldi və ölkəni parçalanmaq təhlükəsindən qurtardı”.
C.Osmanov vurğulayıb ki, 2003-cü ildə prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan durmadan inkişaf yolunu tutdu: “İqtisadiyyatımız gücləndi və bununla da güclü Azərbaycan ordusu formalaşdı. Bu gün müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız 44 günlük Vətən müharibəsində işğaldan azad edildi və hər bir yerdə Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı. Bundan sonra alınmaz qala, Türk dünyasının mədəniyyət paytaxtı Şuşada əbədi olaraq üçrəngli Azərbaycan bayrağı dalğalanacaq və Azərbaycan xalqı qalib xalq kimi yaşayacaq”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


















.jpg)







.jpg)


