Nida.az
Britaniya sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır - SƏFİR
Böyük Britaniya Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına kömək etməyə hazırdır.
Publika.az xəbər verir ki, bunu Kəlbəcərdə diplomatik korpusun tərkibində səfərdə olan Böyük Britaniya səfiri Ceyms Şarp Trend-in sualını cavablandırarkən deyib.
"Minaların təmizlənməsi prosesi hələ də davam edir. Böyük Britaniya bu məsələdə Azərbaycana dərhal yardım göstərdi. Biz BMT-nin İnkişaf Proqramına maliyyə və Azərbaycan Minatəmizləmə Agentliyinə texniki kömək təqdim etmişik. Bir sıra Britaniya şirkətləri bunun üzərində işləyir", - səfir deyib.
Xatırladaq ki, diplomatik korpusun Kəlbəcər səfərində 50 ölkədən 80-dən çox diplomat və hərbi nümayəndə, eləcə də 10 beynəlxalq təşkilat iştirak edir. Bu, diplomatik korpus nümayəndələrinin azad edilmiş ərazilərə doqquzuncu səfəridir.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular








.jpg)



.jpg)






















.jpg)

.jpg)