Azərbaycanla Ermənistan arasında münaqişə dini məsələ deyil
Bizi izləyin

Nida.az

Azərbaycanla Ermənistan arasında münaqişə dini məsələ deyil

Azərbaycanda müxtəlif dinlər, millətlər dinc-yanaşı yaşayır. Azərbaycanla Ermənistan arasında münaqişə də dini məsələ deyil.

"Tarixində Azərbaycanda dini qarşıdurma qeydə alınmayıb. Ermənilərin torpağımızı işğal etməsi dini məsələ deyil. Bu, açıq təcavüzdür. Azərbaycanda 30 min erməni var. Onların kilsələri var. Biz işğalçı dövlətin kilsəsinə toxunmamışıq. Onlar gəlib orada öz ibadətlərini edirlər".

Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bu gün keçirilən mətbuat konfransında bildirib.

M.Qurbanlı Bakıda "Mədəniyyətlərarası dialoq: mədəniyyət və din arasında qarşılıqlı əlaqə" mövzusunda 2014-cü il mədəniyyətlərarası dialoqun dini ölçüsü üzrə Avropa Şurasının mübadilə görüşünün keçirilməsini yüksək qiymətləndirib.

Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına sədrliyi dövründə bir neçə tədbirlərə ev sahibliyi edib və edəcək. AŞ-də mədəniyyətlərarası dialoqla bağlı müxtəlif tədbirlər keçirilib. Bakıda keçirilən bu tədbir isə mübadilə görüşləri arasında sayca 7-cidir: "Azərbaycanda konfessiyaların azad şəraiti hamı tərəfindən etiraf olunur. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri, icmalar azad şəkildə fəaliyyət göstərir. AŞ-dən gələn nümayəndələr Azərbaycanda dinlər, dini icmalarla bağlı vəziyyət barədə müsbət fikirdədirlər".

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm