Nida.az
Sahibə Qafarova Örl Litzenbergerlə görüşdü
Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger ilə müzakirələr aparıb.
Publika.az">Publika.az xəbər verir ki, səfiri Milli Məclisdə salamlayan spiker Sahibə Qafarova bu il Azərbaycan və ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin tamam olduğunu bildirib.
O, ötən dövr ərzində ölkələrimiz arasında bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinin qurulduğunu diqqətə çatdırıb. Milli Məclisin sədri xüsusilə, enerji təhlükəsizliyi, ABŞ-ın Azərbaycanın təşəbbüskarı olduğu regional enerji layihələrinin həyata keçirilməsi istiqamətindəki dəstəyi, beynəlxalq terrorizmə qarşı mübarizə, iqtisadiyyatın müxtəlif sahələrində geniş əməkdaşlığı qeyd edib.
Söhbət zamanı spiker parlamentlərarası əlaqələrin əhəmiyyətindən danışaraq, bildirib ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və müxtəlif formatlarda mütəmadigörüşlər keçirilir. Azərbaycan yalnız federal səviyyədə deyil, ABŞ ştatlarının qanunverici orqanları ilə də əməkdaşlığın dərinləşməsində maraqlıdır.
Görüşdə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfər və regionda yaranmış yeni vəziyyət barədə məlumat verən spiker bildirib ki, Azərbaycan sülh və sabitliyin tərəfdarıdır. Ölkəmizin Vətən müharibəsində qələbəsi və 30 ilə yaxın Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi regionda yeni reallıqlar yaradıb. Azərbaycan ərazilərinin tezliklə minalardan təmizlənməsi və 30 ilə yaxın məcburi köçkün həyatı yaşamış vətəndaşlarının öz yurdlarına qayıtması üçün sürətli bərpa və quruculuq işləri aparır. İnanırıq ki, iki ölkə arasında sülh sazişi imzalanacaq və bu, region ölkələrinin inkişafına yeni təkan verəcək.
Səmimi görüş üçün təşəkkürünü bildirən ABŞ-ın ölkəmizdəki səfiri Örl Litzenberger Azərbaycanın ABŞ üçün mühüm tərəfdaş olduğunu, ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini və münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. O, bu sahədə parlamentlərarası münasibətlərin inkişaf etdirilməsinin faydalı olacağından danışıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO









.jpg)


















.jpg)






.jpg)


