Nida.az
Yeni artımla deputatların maaşı nə qədər olacaq?– Rzayev açıqladı
“Deputatların maaşı hələ ki, artmayıb. Sabah büdcəni təqdim edəcəklər. Orada artım nəzərdə tutulub, ancaq artımla bağlı məsələ hələ ki, öz təsdiqini tapmayıb. Təsdiq olunmayıbsa, deməli, artım da yoxdur”.
Bunu Publika.az-a açıqlamasında deputat Tahir Rzayev deyib.
Deputat bildirib ki, hələlik ortada heç nə yoxdur və millət vəkilləri sabah buna səs verməlidirlər:
“Ola bilsin ki, sabah bununla bağlı müəyyən düzəlişlər və əlavələr oldu. Artım nəzərdə tutulub. Nəinki deputatların, eləcə də Konstitusiya Məhkəməsi işçilərinin, ombudsmanın, hakimlərin maaşında müəyyən artımların olacağı gözlənilir. Sabah bu məsələ müzakirə olunacaq. Müzakirələrdən sonra bu barədə fikir söyləmək olar. Yəni, nə qədər artırılıb və bu neçəfaizi təşkil edəcək. Deputatların məzuniyyətə çıxarkən sağlamlığa görə 2 aylıq müavinətlərin verilməsi məsələsi var idi. Həmin məbləğ azaldılıb. Müəyyən məsələlər var ki, yeni layihədən ümumiyyətlə çıxarılıb. Ola bilsin ki, sabah deputatlar bunlarla bağlı öz fikirlərini dedilər. Bəlkə də bu kimi məsələlər ümumiyyətlə qəbul olunmayacaq?! Ona görə də indidən bunu söyləmək mümkün deyil. Qanun layihəsi təsdiqlənəndən sonra bu barədə danışmaq olar və deputatların maaşlarının neçə faiz artdığı barədə fikir söyləmək mümkündür”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu










.jpg)


























.jpg)


