Nida.az
AMİP sədri: “Müdafiə komitələri istintaqa təzyiq edir”
“Həbslərlə bağlı müdafiə komitələrinin yaradılması məhkəmələrə təzyiq formasıdır”.
Publika.az-a açıqlamasında bu barədə Azərbaycan
Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib.
Onun sözlərinə görə, məhkəmə qərarı olmadan tez nəticə çıxarmaq
doğru deyil: “Hazırda istintaq gedir. Bilirsiniz ki, Azərbaycanda
məhkəmə çox pilləlidir. Birinci instansiyanın qərarından yuxarı
instansiyalara şikayət etmək mümkündür və bunun olduğu təqdirdə,
tez nəticə çıxarıb məhkəmələr haqqında danışmaq doğru deyil. Qərarı
gözləmək lazımdır. Hər kəs kimi, həbs olunan QHT rəhbərləri də bu
ölkənin vətəndaşıdır və qanunlara tabe olmalıdırlar. Məhkəmə
qərarından razı olmayacaqları təqdirdə, yuxarı instansiyalara
müraciət edə bilərlər”.
Y. Bağırzadə bildirib ki, müdafiə komitələrində təmsil olunmaq üçün
onlara da dəvət göndərilib.
“Lakin biz bundan imtina etmişik. çünki bunu doğru saymırıq. Hələ
istintaq bitməyib, məhkəmə heç bir qərar verməyib, indidən bu
prosesə başlamaq doğru deyil. Deyərdim ki, bu dolayısı yolla
istintaqa, məhkəməyə təzyiq etməkdir”, - deyə AMİP sədri
vurğulayıb.
Qeyd edək ki, həbslərlə bağlı müxalifət düşərgəsi iki komitə təsis
edib. Biri Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü, KXCP sədri
Mirmahmud Mirəlioğlunun təşkilatçılığı, digəri isə Milli Şuranın
təşəbbüsü ilə yaradılıb.
Asif
-
Magazin119:50Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO
-
Nida Xəbər 19:45Prezident Xocavənd rayonunun Quzeyxırman kəndində oldu - FOTO/YENİLƏNDİ
-
Magazin219:30Məşhur teleulduz gənc və təravətli qalmaq üçün QAN İÇİR - VİDEO
-
Sosial18:30UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
Region17:50Paşinyan keçmiş deputatlardan niyə milyonlarla təzminat tələb edir?
-
Ekologiya16:50Alimlərdən xəbərdarlıq: İstixana qazı emissiyaları azaldılmasa...
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi
























.webp)










