Nida.az
Almaniyadan Qubad İbadoğluya böyük zərbə: başqanlıq əldən gedir
Xaricdə yaşayan müsavatçılar Müsavat başqanlığına namizəd Arif Hacılını dəstəklədiklərini açıqlayıblar.
Publika.az xəbər verir ki, Almaniyada yaşayan
müsavatçılar Arif Hacılıya dəstək bəyanatı yayıblar.
Bəyanatda deyilir: “Biz, bu sənədi imzalayan müsavatçı mühacirlər
partiya rəhbərliyinə keçiriləcək seçkilərlə əlaqədar təşkil olunan
şəffaf seçki kampaniyasını qürur hissi ilə izləyir, qarşıdan gələn
qurultayın Müsavat Partiyasının və bütövlükdə cəmiyyətimizin
inkişafına ciddi töhfə verəcəyinə inanırıq. Biz Müsavat
Partiyasının başqanlığına namizədlərin hər birinə hörmətimizi ifadə
etməklə yanaşı, qarşıdan gələn qurultayda Arif Hacılının başqan
seçilməsini Müsavatın və cəmiyyətin maraqlarına daha uyğun hesab
edirik. Arif Hacılı istiqlalçı millət vəkili və yüksək dövlət
vəzifəsi tutmuş bir şəxs olaraq, güclü natiqlik qabiliyyətinə və
idarəçilik təcrübəsinə malik siyasətçidir. Gənc yaşlarından
milli-azadlıq hərəkatına qoşulan Arif Hacılı qısa müddətdə onun
liderlərindən birinə çevrilib. Arif Hacılı milli hökumətin dövründə
Ərazi idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri olaraq,
müxtəlif dövrlərdə Ağdərə, Qubadlı, Füzuli uğrunda gedən döyüşlərə
rəhbərlik edənlərdən biri olub. O, demokratik düşərgənin keçirdiyi
çoxsaylı mitinqlərin, yüz minlərlə tərəfdarın qoşulduğu kütləvi
tədbirlərin mahir aparıcısı olub. O, Müsavat Partiyasının bərpa
edilməsi və gücləndirilməsi işində də ən çox xidməti olan əqidə
yoldaşlarımızdan biridir. Biz inanırıq ki, Müsavat partiyasının VII
qurultayı ənənəvi olaraq azad demokratik və şəffaflıq şəraitində
keçəcək, müsavatçılar doğru seçimini edəcək və qarşıdan gələn
qurultayda qəbul ediləcək qərarlar Müsavat Partiyasının və
bütövlükdə demokratik düşərgənin güclənməsinə ciddi təkan
verəcək”.
Asif
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?














.jpg)











.jpg)









