Nida.az
Vaşinqton və Moskva Qarabağla bağlı razılığa gəlib?
Azərbaycan və Ermənistan prezidentlərinin planlaşdırılan Paris görüşü Soçi və Uels görüşləri fonunda suallar yaradır.
Publika.az xəbər verir ki, bununla bağlı iki variant üzərində düşünmək mümkündür. Birincisi, Qərb və Rusiya regionda sabitliyi qorumaq üçün növbə ilə prezidentləri görüşdürmək lazım olduğunu anlayır. İkincisi, Ukraynada üz-üzə gələn tərəflər Qarabağda güzəştsiz oyuna giriblər.
Lakin bu oyun olduqca mürəkkəb görünür. Belə ki, Putin
prezidentləri Soçidə görüşdürəndə Qərb bunu alqışladı. İndi
Rusiyanın Paris görüşünə yanaşması maraqlı olacaq? Əgər Rusiya bu
görüşə maneə yaratmayacaqsa, hesab etmək olar ki, regionda sabitlik
üçün Qərblə Rusiya arasında razılıq var.
Çünki Qafqazda münaqişə heç bir tərəfə maraqlı deyil. Xüsusilə, lokal və nəzarət olmayan müharibə ümumiyyətlə yolverilməzdir. Bura dörd yolun keçdiyi məkan kimidir. Burda, ABŞ, Rusiya, Türkiyə, hətta İranın da razılığı olmadan müharibənin baş verməsi hər şeyə nəzarətin itməsi ilə nəticələnə bilər.
Amma dediyimiz kimi, hər şey Putinin Ollandın təşkil edəcəyi görüşə münasibətindən sonra aydın olacaq. Çünki Soçi görüşündən öncə Paris prezidentlərin görüşünə cəhd etmişdi. Məlumatlara görə, bu görüşün qarşısını Putin aldı və ardınca Soçi görüşün təşkil etdi.
O da unudulmamalıdır ki, Rusiya münaqişənin nizama salınmasının tək
formatına nail olmağa çalışır. Minsk qrupunun ləğv edilməsi bu
mərhələnin birinci variantdır. Bu məsələdə Moskva Türkiyənin
dəstəyini gözləyir.
Asif Nərimanlı
-
Magazin212:48Aktrisanın çimərlik görüntüləri müzakirələrə səbəb oldu - FOTO
-
Ekologiya12:36Sabah 40 dərəcə isti olacaq - HAVA PROQNOZU
-
MDB12:19Hamının "zəifləyib" dediyi Rusiya ordusunda yeni növ birləşmələr yaradıldı
-
Region11:58Erməni nazir İranı təriflədi - Tehran və İrəvan ikinci körpünü tikəcək
-
İdman11:47Erməni güləşçilər Bakıya gəldilər
-
MDB11:09Xerson yenə vuruldu - Ölən və yaralananlar var
-
Ekologiya10:48Bakıda 39 dərəcə isti qeydə alındı - FAKTİKİ HAVA
-
MDB08:12Rusiyada güclü zəlzələ baş verdi
































