Nida.az
“Qafqazdan qadınların Suriyaya hicrəti” - İŞİD-dən ŞOK AÇIQLAMALAR
İŞİD-ə yaxın internet saytlarında Merdjo Zəlimxan imzası ilə “Qafqazdan qadınların hicrəti” başlığı ilə məqalə yayılıb.
Publika.az xəbər verir ki, məqalədə bildirilir ki, “bizdən bəzən
soruşulur ki, Qafqazdan da qadınlar hicrət edirmi?”
“Bu soruşanların bəziləri deyir ki, Qafqazda insanların çoxu
təlaşdadır. Çünki rəsmi məlumatlar azdır. Qeyri-rəsmi məlumatlarsa
bir qədər qarışıqdır. Bəziləri deyir ki, qadınlar Suriyaya cihada
getməyə tələsmirlər, bəziləri isə çoxdan getdiklərini deyir. Biz bu
qarışıq məlumatlara aydınlıq gətirmək istəyirik.
Allahın şəriətində əsas məsələlərdən biri də hicrətdir. Əgər sizə təzyiq edirlərsə, sizə Allahın dininə əməl etməyə imkan vermirlərsə, Allahın torpaqları genişdir, köçün gedin, yəni hicrət edin.
Qadınlar kişilərdən daha zəif olduğu üçün daha tez hədəf olurlar. İslam alimləri arasında qadınların hicrəti haqqında heç bir fikir ayrılığı yoxdur. Hicrət sizə Allahın dinini harda yerinə yetirə biləcəksinizsə, ora olmalıdır”, -deyə məqalədə bildirilir.
Qeyd olunur ki, qadınların hicrəti iki cürdür: “Biri gənc qızlardır
ki, onlar ailəli deyillər. Onlara qarşı əsas təzyiq valideynləri
tərəfindən olur. Digərləri, evli olanlardır. Onlara qarşı təzyiq
bəzən ərləri, bəzən də ərinin valideynləri tərəfindən olur. Amma
hər iki halda hicrət vacib əməldir”.
Müəllif yazır ki, Suriya cihadında qadınların iştirakı haqqında
bəzən alimlər, bəzən də mücahidlər qeyri-dəqiq məlumatlar
verirlər.
“Alimlər Suriyadan uzaqdadır, onlar dəqiq deyə bilməz. Mücahidlərin
dedikləri də qeyri-dəqiqdir. Amma bu gün Suriya cihadında qadınlar
aktiv şəkildə iştirak edirlər və Qafqazdan olan bacılar da onların
arasındadır. Misal üçün, bu günlərdə Şəriət komitəsinin üzvü
Aş-Şişani Abdunun “Bacılardan birinin Suriya hicrəti haqqında” adlı
məqaləsində bu barədə danışılır. Həmin məqalədə deyilir ki,
Suriyaya qadın və uşaqlar gəlirlər. Onlara azad olunmuş ərazilərdən
torpaq sahələri verilir, əsl İslam ailə modelinə əməl
edilir”.
Məqalədə bildirilir ki, bəzən Suriyada müharibə getdiyi üçün qadınların hicrəti qınanılır.
“Amma əgər onlara Allahın dininə əməl etmək üçün şərait
yaradılmırsa, imkan vermirlərsə, biz onlara “hicrət etməyin” deyə
bilmərik. Buna din icazə vermir. Biz İslam ölkəsini qurmuşuq və hər
şey şəriət qanunlarına bağlıdır. Şəriəti bilənlər bizə bunu irad
tutmaz”, - deyə qeyd olunur.
M. Zəlimxan bildirir ki, bu gün Suriya cihadında Qafqazdan iştirak
edən qadınlar çoxdur: “Onlar əsasən ailəlidir və öz ərlərinin
arxasınca gəlirlər. Biz onlara burda təhlükəsiz şərait
yaradırıq”.
Qeyd edək ki, Azərbaycandan da Suriya cihadına qoşulan qadınlar
var.
Asif Nərimanlı
-
Magazin205:15
Madonna Braziliyanı "SİLKƏLƏDİ" - Çimərlikdə və şəhər küçələrində izdiham yaşandı
-
Səhiyyə04:14
Son günlər azyaşlılar arasında yayılan yeni VİRUS NƏDİR? - VİDEO
-
İdman03:43
“Bayer Leverkuzen” 59 ilik rekordu TƏKRARLADI
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO