Nida.az
Əli Həsənov:“5-ci kolon” öz missiyasını yerinə yetirmək imkanlarından məhrum edilir”
Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun AzərTAc-a müsahibəsi
- Əli müəllim, son bir həftədə müxtəlif beynəlxalq qurumlar, ayrı-ayrı dövlət rəsmiləri, bir sıra xarici təşkilatlar Azərbaycanda insan haqlarının, söz və məlumat azadlığının vəziyyəti ilə bağlı müəyyən tənqidi fikirlər səsləndiriblər. Buna münasibətinizi bilmək istərdik.
- Azərbaycan fundamental demokratik dəyərlərə sadiq, vətəndaş cəmiyyətinin inkişaf etdiyi və bütün azadlıqların qorunduğu bir ölkədir. Bu gün Azərbaycanda yüzlərlə qeyri-hökumət təşkilatı, kütləvi informasiya vasitəsi qanun çərçivəsində, heç bir məhdudiyyətlə üzləşmədən, sərbəst fəaliyyət göstərir. İnsanlar öz fikirlərini azad şəkildə ifadə edirlər, vətəndaş cəmiyyəti institutlarının, medianın inkişafına dövlət tərəfindən hərtərəfli dəstək göstərilir. Buna görə də insan hüquq və azadlıqlarının vəziyyəti ilə bağlı Azərbaycan cəmiyyətinin, QHT sektorunun, yüzlərlə KİV-in ümumi rəyi nəzərə alınmadan, 3-5 nəfərin sifarişli məlumatı əsasında hazırlanmış belə açıqlamalar, bəyanatlar və sənədlər qərəzlidir, əsassızdır və subyektiv xarakter daşıyır.
Qeyd etmək istərdim ki, xarici fondlardan maliyyələşən bəzi yerli QHT-lər uzun illər ərzində qeyri-şəffaf fəaliyyət göstərmiş, qanunların tələblərinə məhəl qoymayaraq aidiyyəti dövlət orqanlarına heç bir hesabat verməmişlər. Hazırda Qərbin demokratik standartlarına uyğun olaraq, QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara edilən müvafiq düzəlişlər və qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə həyata keçirilən tədbirlər vətəndaş cəmiyyəti institutlarının şəffaf fəaliyyətinin, onların hesabatlılığının təmin edilməsi, bu sahədə mövcud pozuntuların aradan qaldırılması məqsədi daşıyır. Hesab edirik ki, istənilən sahədə şəffaflığın olmaması korrupsiya və digər qanun pozuntularına birbaşa yol açan başlıca səbəblərdən biridir. Təbii ki, qanunları pozmaqda şübhəli bilinən təşkilatların fəaliyyəti araşdırılır və faktlar təsdiqini tapdıqca müvafiq ölçü götürülür. Bu isə, öz növbəsində, xaricdən aldıqları milyonlarla qrant vəsaitini şübhəli məqsədlərə yönəldən və dövlət orqanlarının qanuni tələblərini qulaqardına vuran ayrı-ayrı təşkilatları, xüsusilə də onların “demokratiya carçısı” kimi çıxış edən xarici havadarlarını qane etmir. Belə demək mümkündürsə, “5-ci kolon” öz missiyasını yerinə yetirmək imkanlarından məhrum edilir ki, bu da nəticə etibarilə mövcud mexanizmləri yaradan dairələrin Azərbaycana təzyiq rıçaqlarını zəiflədir. Hazırda bəzi xarici dairələrin və onların nəzarətində olan təşkilatların, medianın həddini aşan fəallığı da məhz bu amillə bağlıdır.
Təəssüf ki, müəyyən xarici dairələr insan hüquqları ilə bağlı
təhrif olunmuş ayrı-ayrı halları ümumiləşdirərək müstəqil ölkələr
barədə mənfi rəy formalaşdırmaq praktikasından geniş şəkildə
yararlanırlar. Bu, düzgün yanaşma deyil. ABŞ Dövlət Departamentinin
nümayəndəsi avqustun əvvəllərində Missuri ştatının Ferqyuson
şəhərində vətəndaşların haqlı etirazlarına sərt şəkildə müdaxiləni,
fövqəladə vəziyyətin elan olunmasını, silahdan istifadə, insan
ölümləri, media və vətəndaş cəmiyyəti fəallarının hüquqlarının
kobud şəkildə məhdudlaşdırılması hallarını ABŞ-ın daxili işi kimi
xarakterizə etmişdi. Həmçinin ayrı-ayrı ekspertlər hökumətin həyata
keçirdiyi sərt tədbirləri ictimai sabitliyi, cəmiyyətin
təhlükəsizliyini təmin etməsi kimi qələmə vermişdilər. Ancaq bir
gün öncə Nyu-Yorkda BMT-nin mənzil-qərargahı qarşısında humanitar
xarakterli dinc aksiyanın qəddarcasına dağıdılmasının da ictimai
təhlükəsizliklə əlaqəli olduğuna inanmaq çətindir. Həmçinin ABŞ və
Avropanın inkişaf etmiş ölkələrində jurnalistlərin təqib olunması,
informasiya resurslarının izlənməsi, bloqqerlərin həbsi və digər
hüquq pozuntuları ilə bağlı kifayət qədər faktlar mövcuddur.
Əlbəttə, bütün bu hallar ümumiləşdirilərsə, dünyanın ən inkişaf
etmiş ölkələrində belə demokratiyadan əsər-əlamət olmadığı iddia
edilə bilər. Sual olunur: Nəyə görə Azərbaycanı tənqid edən məlum
dairələr bu faktları ümumiləşdirərək həmin ölkələrdə demokratiyanın
durumuna münasibət bildirmirlər? Təəssüf ki, bu ikili standartlar
Qərbin bəzi dairələrinin hətta region ölkələrinə münasibətində də
özünü açıq şəkildə büruzə verir.
Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, Avropa Parlamentinin
bir neçə gün öncə qəbul etdiyi qətnamə, ABŞ-ın ATƏT-dəkı və Avropa
Parlamentindəki nümayəndələri tərəfindən düzgün
məlumatlandırılmayan Prezident Barak Obamanın Klinton Qlobal
Təşəbbüsünün illik toplantısında Azərbaycanla bağlı ifadə etdiyi
fikir, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
Varşavada keçirilən illik hesabat toplantısında səsləndirilən
mülahizələr, habelə “Human Rights Watch”, “Freedom House” və digər
bu kimi xarici təşkilatların iddiaları obyektiv deyil və
dövlətimizin müstəqil siyasətinə təzyiq göstərmək cəhdi kimi
qiymətləndirilməlidir.
Həmin dairələrin nəzərinə çatdırmaq istərdik ki, hər bir
hakimiyyətin, o cümlədən Azərbaycan iqtidarının qarşısında duran
başlıca vəzifə xalqın milli maraqlarını, cəmiyyətin davamlı
inkişafını və təhlükəsizliyini, ölkədə ictimai-siyasi sabitliyi,
əmin-amanlığı təmin etməkdən ibarətdir. Azərbaycan müstəqil
ölkədir, öz daxili və xarici siyasətini xalqın milli maraqlarına
uyğun şəkildə həyata keçirir və heç bir halda tutduğu yoldan geri
çəkilmək və kimlərinsə istəyinə uyğun hərəkət etmək niyyətində
deyil.
-
Səhiyyə00:30
Xərçəng və ürək xəstəliklərindən qoruyan mutasiya KƏŞF EDİLDİ
-
Qoroskop00:05
Günün ULDUZ FALI: gününüz boz və maraqsız olacaq.
-
Səhiyyə2 May 21:48
Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO
-
Magazin22 May 21:00
Britni Spirs nəhayət ərindən BOŞANDI
-
Sosial2 May 20:36
Amin Musayev ilk dəfə əsir düşdüyü yerdə - VİDEO
-
Sosial2 May 19:00
Azərbaycanda ŞOK OLAY: kişi dostunun 14 yaşlı qızını qaçırdı, sonra...
-
Sosial2 May 18:36
Direktorla qadın müəllim arasında DAVA: müəllimin halı pisləşdi, təcili yardım gəldi - FOTO
-
Magazin12 May 18:12
Aygün Kazımova ilə çobanın söhbəti gündəm oldu - VİDEO