Nida.az
Girovlarla bağlı AŞPA, ATƏT və BMT-yə müraciət olunacaq
“Ermənistanda girov saxlanılan soydaşlarımızla bağlı yenidən beynəlxalq təşkilatlara müraciət edəcəyik”.
Bunu Publika.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.
N. Cəfəroğlu bundan əvvəl BMT-yə göndərdikləri müraciətə hələlik
cavab almadıqlarını bildirib: “Bizə bu işlə məşğul olduqlarını
dedilər. Lakin indiyə qədər heç bir cavab verilməyib. Görünür, bu
məsələ onlar üçün maraqlı deyil”.
Hüquq müdafiəçisi qeyd edib ki, bu dəfə daha geniş kampaniyaya
başlayacaqlar: “Bu münaqişə ilə əlaqəsi olan bütün beynəlxalq
təşkilatlara – ATƏT-ə, AŞPA-ya, BMT-yə yenidən müraciətlər
ünvanlayacağıq. Biz işimizin haqq olduğunu bilirik. Çünki bu
insanlar öz doğma yurdlarına gediblər. Hər bir azərbaycanlının öz
doğma torpağında gəzməyə haqqı var. Onlar üzərində keçirilən
məhkəmə prosesi isə ermənilərin necə vəhşi olduqlarını bir daha
göstərdi. Dünya bunu görməli və susmamalıdır”.
Qeyd edək ki, dünən azərbaycanlı girovlar Dilqəm Əhmədovla Şahbaz
Quliyevin məhkəməsi başlayıb. Erməni mediası girovların öz
“günahlarını etiraf etdiklərini” yazır. Məhkəmə prosesindən
yayılmış qısa videodan göründüyü kimi, ermənilər azərbaycanlı
girovlara işgəncələr verib. Onların gözübağlı şəkildə məhkəmə
salonuna gətirilməsi də qeyri-insani əməllərdən xəbər verir.
Asif Nərimanlı
-
İdman11 Avqust 23:48"Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşdi
-
İdman11 Avqust 23:31“Barsa” təsdiqlədi: Çarpaz bağ cırılıb
-
Nida Xəbər 11 Avqust 22:58"Naxçıvanın təhlükəsizliyi birinci şərtdir"
-
Rəsmi xronika11 Avqust 22:16Prezident Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış oldu - FOTO
-
İdman11 Avqust 21:53“Sabah” “Orhus”u darmadağın etdi - YENİLƏNDİ
-
Rəsmi xronika11 Avqust 20:15Prezident Naxçıvanda yeni avtobuslara baxdı, dəmir yolunda yenidənqurma işləri ilə tanış oldu - FOTO/VİDEO
-
Rəsmi xronika11 Avqust 19:40İlham Əliyev Naxçıvanda günəş elektrik stansiyalarında görülən işlərlə tanış oldu - FOTO/VİDEO
-
Magazin111 Avqust 19:24Xuramanla əri arasında cəyirtkə qalmaqalı: “Məni boşayacaq” - VİDEO























.jpg)











