Nida.az
"Qurultay Arif Hacılıya görə təxirə salına bilməz"
Bakı Şəhər İcra Hakimiyyətinin cavabından sonra Müsavat Partiyasının qurultayının xarici ölkələrin birində keçirmək məsələsi daha da aktuallaşıb.
Partiya başqanının müavini Tofiq Yaqublu bildirib ki, artıq qurultay nümayəndələrinə xarici pasport alınması ilə bağlı tapşırıq verilib.
Amma Publika.az-a açıqlamasında Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Mustafa Hacıbəyli söyləyib ki, qurultayın xaricdə keçirilməsi real deyil:
"Əvvəla 800 nəfərə kimi qurultay nümayəndəsinin xaricə aparılması böyük xərc tələb edir. Partiyanın isə belə bir maliyyə imkanları yoxdur.
İkincisi, hakimiyyət qurultayın böyük zallarda keçirilməsinə maneə olduğu kimi qurultayın qonşu ölkələrdə də keçirilməsinə maneə olacaq. Rəsul Quliyev heç Türkiyəyə gəlməyə imkan tapa bilmir. Azərbaycan hökumətindən icazəsiz onun Türkiyəyə gəlməsi qadağan olunub. Üçüncüsü isə odur ki, heç də hamının xarici pasportu yoxdur. Xaricə getmək üçün gərək hər kəsin vizası olsun".
Mətbuatda yayılan məlumatlara görə, qurultayın təxirə salınmasına səbəb olan əsas məsələ Müsavatın yeni başqanı olacağı güman edilən partiya icra katibi Arif Hacılının həbsdə olmasıdır. Mustafa Hacıbəyli bu fikirləri də əsassız sayıb:
"Hesab edirəm ki, Müsavat demokratik bir partiya olduğu üçün onun qurultayı hansısa bir şəxsə görə təxirə salına bilməz".
Mustafa Hacıbəyli yaxın günlərdə Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasının olacağını və qurultayla bağlı qərarın veriləcəyini deyib. "Partiya ən son halda Bakı şəhər İcra Hakimiyyəti tərəfindən göstərilən yerlərdən birini seçə bilərmi" sualına belə cavab verib:
"Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına Mədəniyyət Evini görmüşəm. Ən son halda göstərilən yerlərdən birində qurultayın keçirilməsi lehinə səs verəcəm".
Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) VIII qurultayın keçirilməsi üçün Bakıxanov qəsəbəsindəki A. İsgəndərov adına Mədəniyyət Evini, Maştağa qəsəbəsindəki M. Məmmədyarov adına Mədəniyyət Evi, Əmircan qəsəbəsindəki S. Bəhlulzadə adına Mədəniyyət Evini və Əhmədli qəsəbəsindəki "Bakı" kinoteatrını partiyaya təklif edib. Müsavat Partiyası başqan müavini Tofiq Yaqublu bildirib ki, partiya göstərilən yerlərin heç birini qəbul etmir.
Ömər Əmirov
Publika.Az
-
Hadisə11:34Biləsuvarda ölən 5 nəfərin adı məlum oldu - YENİLƏNİB
-
Səhiyyə11:24Alimlər siqaretlə bağlı məşhur mifi puç etdilər
-
ABŞ10:52Trampdan sonra prezident o olacaq - Hazırlıqlar gedir
-
Tarix10:11Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkarlandı - VİDEO
-
MDB10:00Avtovağzalda dəhşət: Bıçaqla insanlara hücum etdi
-
Digər09:30Daşqın və sürüşmə 900 can aldı
-
İdman08:36Messi karyerasında 48-ci kubokunu qazandı
-
ABŞ08:12Pentaqondan NÜVƏ XƏBƏRDARLIĞI - “Trampın rəhbərliyi altında...”
































.jpg)



