Nida.az
Əli Həsənov: Bu gün keçirilən aksiyada Azərbaycan xalqının mentalitetinə, mənəvi dəyərlərinə zidd davranışın şahidi olduq
Qanunla müəyyən olunmuş qaydada insanların toplaşaraq öz fikirlərini, mövqeyini bildirmək üçün zəruri şərait yaradılıb. Müxalifət partiyalarını təmsil edən gənclərin keçirdikləri mitinq bunu əyani şəkildə sübut etdi. Trend-in məlumatına görə, bu barədə müxalifət partiyalarının gənclər təşkilatlarının bu gün keçirdiyi mitinqə münasibət bildirən Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə deyib.
"Lakin təəssüflə onu da bildirmək istərdim ki, bu aksiyada
Azərbaycan xalqının, onun aparıcı qüvvəsi olan Azərbaycan
gəncliyinin mentalitetinə, mənəvi dəyərlərinə zidd davranışın da
şahidi olduq. Daim milli xüsusiyyətlərdən, əxlaqi dəyərlərdən,
insani keyfiyyətlərdən ağzı dolusu danışanlar öz "liderlərinin"
mənəviyyatına uyğun olaraq mövqelərini söyüş, təhqir, əxlaqsız
hərəkətlərlə ifadə etdilər. Əslində bu, Azərbaycan xalqına,
gənclərimizə qarşı təhqirdir", - Həsənov deyib.
O qeyd edib ki, digər tərəfdən, bu aksiya meydan veriləcəyi
təqdirdə on minlərlə insanı bir araya toplayacaqlarını daim
təkrarlayan radikal müxalifət təmsilçilərinin həqiqətdə nəyə qadir
olduqlarını açıq göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanın
siyasi arenasında radikalizmə, dağıdıcılığa yer yoxdur.
Publika.Az
-
İKT20:12Smartfonun ömrünü belə uzatmaq olar
-
Sosial18:48Mehman Mehdiyev vəzifəsindən getdi
-
Sosial17:50Bu şəxslərə hər ay 100 manat veriləcək - YENİ QƏRAR
-
Dünya16:23Donald Trampa bənzəyən buğa gündəm oldu: Qurbanda kəsəcəklər - FOTOLAR
-
Sosial14:40Deputat: Uşaqpulu tənbəllik yarada bilər - VİDEO
-
Sosial14:27"Telegram" və "WhatsApp" istifadəçilərinə xəbərdarlıq - Hakerlər məlumatlarınızı oğurlayır
-
Rəsmi xronika13:38Makron İlham Əliyevə zəng vurdu
-
Dünya12:56Təcili xəbərdarlıq - Ərzaq qiymətləri arta bilər


























.jpg)










