Nida Xəbər
Müəllimini güllələyən şagirdin ittihamı ağırlaşdırıldı - Atası da dindirilib
"İdrak” liseyində müəlliminə odlu silahla ağır xəsarət yetirməkdə ittiham olunan 10-cu sinif şagirdinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 4 ay davam edən araşdırmanın sonunda təqsirləndirilən şagirdin ittihamı ağırlaşdırılıb.
İstintaq belə qənaətə gəlib ki, məktəbli öz müəllimini xuliqanlıq niyyəti ilə öldürməyə cəhd edib. Bu əsasla Ə.Ş-ya Cinayət Məcəlləsinin 29 120.1-ci (qəsdən adam öldürməyə cəhd ) maddəsi ilə verilmiş ittiham 29 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə əvəz edilib.
İlkin araşdırma müddətində məktəblinin atası Samir Şirinov da ifadə verib. Müstəntiq onu oğlunun davranışları və cinayətlə bağlı sorğu-sual edib.
Bundan əlavə, daha əvvəl məlumat verdiyimiz kimi, güllələnən müəllim şagirdini bağışlayıb. Tərəflər arasında barışıq var.
Yaxın günlərdə məhkəmə araşdırması başlayacaq.
Qeyd edək ki, şagirdə verilmiş yekun ittihamın sanksiyasında 14 ildən 20 ilə kimi həbs cəzası nəzərdə tutulsa da, yetkinlik yaşına çatmadığı üçün ona 10 ildən artıq cəza təyin edilə bilməz. Amma maddənin dəyişdirilməsi cəza təyini zamanı ağırlaşdırıcı hal kimi nəzərə alına bilər.
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu
-
Magazin207:47Ceyson Stethemin sevgilisi dekolteli transparan libasda - FOTO
-
ABŞ07:30Trampın səfəri zamanı “F-16” qırıcıları beş təyyarəni ƏLƏ KEÇİRDİ
-
Ekologiya07:17Bu ərazilərə yağış yağacaq - PROQNOZ
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
























.png)










.jpg)
.jpg)