Nida.az
Bir nəfər çıxarıldı, iki nəfər istefa verdi – Müsavatın sıraları seyrəlir
Müsavat başqanlığına keçmiş namizəd, Divanın qərarına əsasən partiyadan xaric edilən Qubad İbadoğlunun daha iki tərəfdarı partiya sıralarından istefa verib.
Publika.az xəbər verir ki, Səbail rayon
təşkilatının üzvü Sədaqət Paşayeva partiya üzvlərinə müraciət
edərək, Müsavatın sonuncu qurultayından sonra partiyada yaranan
anti-demokratik mühitdən narahatlığını bəyan edib: “Sonuncu
qurultayda başqanlığına namizədlərdən biri olmuş Qubad İbadoğlunun
partiya sıralarından çıxarılmasına dair keçirilən müzakirəni
partiya üzvlərindən gizli qaydada apararaq, demokratik prinsiplərin
pozulması kimi dəyərləndirirəm.
Bu cür qrup maraqlarına uyğun qaydada qərar qəbul etməklə hakimiyyətə gələcəkləri təqdirdə, ölkədə demokratik cəmiyyət quracaqlarına dair öhdəliklərini dərk etmədiklərini bildirirəm. Fəaliyyətimin əsas hissəsini ölkəmizdə demokratik dəyərlərin formalaşmasına və uzun illər insan haqlarının müdafiəsi ilə məşğul olduğum üçün bu cür avtoritar qaydaları prinsiplərimə və məqsədlərimə zidd olduğunu bildirir, sıralarından çıxdığımı bəyan edirəm”.
Partiyanın Suraxanı rayon təşkilatının üzvü Elman Vahidov da
partiyadan istefa verdiyini açıqlayıb.
Müsavatdan Publika.az-a verilən məlumata görə,
fevralın 7-də Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) növbəti
toplantısında daha bir nəfər partiya sıralarından xaric edilib.
Ağdam təşkilatının üzvü Əlövsət Sadıqlının partiyanın VIII
Qurultayının nəticələrini şübhə altına alan, seçilmiş partiya
strukturlarının və onların qəbul etdiyi sənədlərin saxta olması
barədə apardığı təbliğat kampaniyası, partiya strukturlarının
legitimliyini qəbul etməməsi barədə açıqlamaları, partiya
rəhbərliyinə, partiya strukturlarına qarşı böhtan və təhqir
xarakterli müntəzəm çıxışları, MNTK-ya alternativ struktur yaratmaq
cəhdi və digər məsələlər özünün iştirakı ilə müzakirə edilib.
MNTK geniş müzakirələrdən sonra partiyanın üzvü Əlövsət Sadıqlının
Nizamnaməsinin 1.9-cu bəndinin və Proqramının təməl prinsiplərini
müəyyən edən II bölməsinin 6-cı bəndinin tələblərinə əməl
etmədiyinə görə partiya sıralarından xaric edilməsi barədə qərar
qəbul edib.
Asif Nərimanlı
-
Sağlamlıq22:46Bazarda satılan bu məhsullar ağır xəstəliyə səbəb ola bilər - Diqqətli olun!
-
Region22:32Xamenei hücum nəticəsində tanınmaz hala düşüb? -
-
Sosial21:11Azərbaycanda bu xəstəliklə mübarizə üçün 7 milyona yaxın pul xərclənəcək
-
Sağlamlıq20:00ÜST hantavirusa yoluxma sayının artdığını açıqladı
-
Nəqliyyat19:50Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyəti bərpa edilir? - Rəsmi açıqlama
-
Hadisə19:408 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Foto
-
Rəsmi xronika18:10İlham Əliyev WUF13-ün açılış mərasimində çıxış etdi - Foto/Video/Yeniləndi
-
Dünya17:26İrandan qeyri-adi QƏRAR: Tramp və Netanyahunu öldürən mükafatlandırılacaq

































.jpg)


