Nida.az
Azərbaycan Ordusunun möhtəşəm güc nümayişi - VİDEO
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən qəflətən döyüş hazırlığı vəziyyətinə gətirilən birləşmə və hərbi hissələrin ön dəstələri dəstək zolağını qət edərək şərti düşməni məhv etməklə hücum edən əsas qüvvələrin döyüşə girməsini təmin etmək tapşırığını müvəffəqiyyətlə yerinə yetiriblər.
Qoşunlar əvvəlcədən hazırlanmamış ərazidə "düşmənə" atəşlə təlafat verərək, onunla bilavasitə təmas vəziyyətindən hücum əməliyyatları üzrə tapşırıqları yerinə yetiriblər.
Təlimlərdə iştirak edən bütün qoşun növlərinin
döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin
operativliyi və səmərələliyi, qarşılıqlı fəaliyyətin və təminatın
təşkili, qarşıya qoyulan tapşırıqların icrası
yoxlanılıb.
Təlim poliqonunda motoatıcı və tank bölmələrinin,
raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin,
döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub,
praktiki raket buraxılışları və bombalama həyata
keçirilib.
Publika.az Müdafiə Nazirliyinin mətbuat xidmətinin təlimlərdən hazırladığı videonu təqdim edir:
-
İdman05:45Dopinqə icazə verilən ilk turnir: Dünya rekordu qırdı, 1 milyon qazandı
-
ABŞ04:30ABŞ İrana 30 gün vaxt verəcək...
-
Hadisə03:19Dəm qazı faciəsi: Nənə öldü, nəvənin vəziyyəti ağırdır - Foto
-
Qoroskop02:00Günün ulduz falı: yeni başlanğıclar etmək vaxtıdır
-
Region01:40İranda partlayış səsləri eşidildi
-
Sosial25 May 23:15Bəzi şəxslərə pulsuz mənzillər veriləcək
-
İnanc25 May 21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB25 May 21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!









.jpg)


























