Nida.az
“Sənin səsvermən qanunsuzdur”: ADR – Müsavat qarşıdurması
Azərbaycan Demokratiya və Rifah Hərəkatının fevralın 21-də keçirilən təsis konfransında Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu açıq səsvermədə səslərin əksəriyyətini qazanaraq sədr seçildi. Konfrans üzvlərinin 1-i bitərəf qalmaqla, qalanları Q. İbadoğluna səs veriblər. Konfransda ADR sədrliyinə namizədliyi irəli sürülmüş Vurğun Əyyub və Ellada Məmmədli namizədliklərini geri götürüblər.
“Təməli pozuntu ilə qoyulan hərəkatın gələcəyini
görmürəm”
Müsavat Partiyasını Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK)
sədri Sevinc Hüseynova isə ADR-in sədr seçkinin qanun pozuntusu ilə
müşahidə olunduğunu hesab edir.
S. Hüseynova Publika.az-a açıqlamasında hərəkatın
ilk iclasında nizamnaməni pozduqlarını deyib: “ADR-də sədr seçkisi
gizli səsvermə əvəzinə açıq səsvermə ilə keçirilib. Təməli pozuntu
ilə qoyulan hərəkatın gələcəyini görmürəm. Müsavatın qurultayında
səsverməyə iradları olan, səsvermədə hansısa pozuntuların olduğunu
iddia edib ADR-ə yığışanlar indi özləri çox böyük pozuntu ilə
səsvermə keçirdilər. Mən o təşkilatı ciddi qurum saymıram. Çünki
yarandığı gündən iflasa uğrayıb. 150 nəfərlik hərəkatın nəyə qadir
olduğunu təsəvvürümə gətirmirəm”.
ADR-dəki müsavatçıların məsələsinə MNTK-da
baxılacaq
S. Hüseynova ADR-də təmsil olunan müsavatçıların məsələsinə də
münasibət bildirib.
“Onlar Müsavat Partiyasının nizamnaməsini pozacaqsa, məsələyə
MNTK-da baxılacaq. Hələlik hərəkatda iştirak eləmək Müsavatın
nizamnamə pozuntusu hesab olunmur. Amma onlar partiyanın daxili
nizamnaməsini pozacaqlarsa, cəza alacaqlar. Hərəkatın üzvüdürlər,
üzv olsunlar da, görək hara qədər olacaqlar”, - deyə o qeyd
edib.
“Əsas olan niyyətdir, səsvermənin açıq, yaxud gizli keçməsi
deyil”
ADR İdarə Heyətinin üzvü Hüseyn Məlik isə Müsavat Partiyasının
yetkilisinə sərt reaksiya verib.
ADR təmsilçisi Publika.az-a açıqlamasında Müsavat rəhbərliyinin
hərəkatı ləkələmək üçün hər vasitəyə əl atdıqlarını deyib: “ADR-in
nizamnaməsində səs vermə konfransın səlahiyyətindən asılıdır. Yəni
konfrans iştirakçıları açıq, yaxud gizli səs vermə olması haqda
qərar qəbul edirlər.
Təsis konfransında səsvermənin açıq keçməsinə səbəb isə vaxt azlığı idi. Ona görə də açıq səsvermə ilə seçki keçirildi. Misal üçün bu gün AXCP-də də səsvermə açıqdır. Vaxtilə Müsavatda da açıq idi, sonradan gizli oldu. Lakin hər kəs 27 sentyabr qurultayında Müsavatda gizli keçirilən seçkinin saxta olduğunu bilir. Əsas olan niyyətdir, səsvermənin açıq, yaxud gizli keçməsi deyil. ADR-in səs verməsində heç bir qanun pozuntusuna yol verilmədi. Say hesabı dəqiq oldu.
Çünki niyyət təmiz idi. Digər tərəfdən, əgər Müsavatdakı kimi pozuntu olsaydı, buna etiraz edən də olardı. Çünki ADR Müsavatdan fərqli olaraq demokratik mühitdir, burda hər kəsin söz azadlığı tanınır. Onsuz da bura toplaşanlar Müsavatda söz azadlığına təzyiqlərə etiraz edənlərdir. Bu insanlar heç bir pozuntuya razı olmaz. Amma Müsavatda pozuntu baş verdiyi üçün etiraz edənlər də oldu”.
“ADR gözdən salmaq üçün hər vasitəyə əl
atırlar”
H. Məlik Müsavat rəhbərliyinin ADR-i ləkələmək istədiyini
bildirib.
“Bir nəfər qonşusundan atını istəyir. Qonşusu verməmək üçün atın
rənginin qara olduğunu əsas gətirir. Yəni verməmək üçün hər
vasitəyə əl atır. Bunlar da ADR gözdən salmaq üçün hər vasitəyə əl
atırlar”, - deyə o bildirib.
Asif Nərimanlı
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO